Rusiyanın Sankt-Peterburq şəhərindəki Əhli-beyt hüseyniyyəsində növbəti cümə namazı qılınıb

Dekabrın 12-də Rusiyanın Sankt-Peterburq şəhərindəki Əhli-beyt hüseyniyyəsində növbəti cümə namazı qılınıb. Höccətül-islam Hacı Rüfət Məmmədovun imamlığı ilə qılınan cümə namazının birinci xütbəsində "Muminun" surəsinə istinad edərək möminlərin xüsusiyyət və səciyyələrindən söhbət açıb. İkinci xütbədə isə o, Xanım Zəhranın (s.ə) xanımlar və analara necə ülgü, nümunə və örnək olmasından söhbət edib. Xatib Xanımın davranışlarından misallar çəkərək bunun bəşəri əhəmiyyətinə diqqət yetirib.