İraq hökuməti ABŞ yönlü “qara siyahı” sənədini geri götürdü
İraq hökuməti Livanın Hizbullah və Yəmənin Ənsarullah hərəkatlarını “terror təşkilatı” kimi siyahıya salan mübahisəli qərarı geri çəkib. Bu addım ölkədə böyük siyasi rezonans doğurmuş, ictimaiyyət və parlament üzvləri qərarı ABŞ-ın təzyiqi və bölgədəki Müqavimət OXU-nu zəiflətməyə yönəlmiş daha geniş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirmişdi.
Daha geniş kampaniyanın tərkib hissəsi
Məsələ rəsmi qəzetin 17 noyabr tarixli 4848-ci sayında Terrorçu Vəsaitlərin Dondurulması Komitəsinin 61 nömrəli qərarının dərc olunması ilə alovlanıb. Sənəddə 24 qurumun adının “terrorçu təşkilat” kimi göstərilməsi, o cümlədən Hizbullah və Ənsarullah hərəkatlarının siyahıya əlavə edilməsi böyük narazılıq yaradıb. Daha sonra məlum olub ki, sənəd tam yekun redaksiyadan keçmədən nəşr olunub.
“Səhvən salınmışdı” – İraq Mərkəzi Bankı
İraq Mərkəzi Bankının Terrorçu Vəsaitlərin Dondurulması Komitəsi açıqlamasında bildirib ki, sözügedən qərar Malayziyanın müraciəti və İŞİD–Əl-Qaidə ilə bağlı BMT Təhlükəsizlik Şurasının aktivlərin dondurulmasına dair qətnaməsi əsasında hazırlanmış “məxfi” hesabatdan qaynaqlanıb. Lakin bank sonradan etiraf edib ki, Hizbullah və Ənsarullahın bu siyahıya salınması “səhv” olub və onların terror təşkilatları ilə heç bir əlaqəsi yoxdur.
Komitə sənədin tələsik yayımlandığını, yaxın zamanda rəsmi qəzetdə düzəliş ediləcəyini açıqlayıb. Mərkəzi Bank sədrinin müavini Əmmar Həmməd Xələf tərəfindən imzalanmış məktubla 61 nömrəli qərarın ləğvi rəsmiləşdirilib.
Parlament və ictimaiyyətin sərt reaksiyası
İraq siyasi səhnəsində reaksiyalar gecikməyib. Deputatlar Muqdad Xafaci, Hüseyn Munes və Mustafа Sanad qərarı “qanunsuz”, “utancverici” və “misilsiz şəkildə səhv” adlandırıblar. Sanad bildirib:
“İraq indi Ənsarullah və Hizbullahı terrorçu elan edir, eyni vaxtda Tramp Nobel Sülh Mükafatına namizəd göstərilir… Bu, böyük ayıbdır. Bir çox ərəb dövlətləri belə addım atmaqdan yayınmışdı.”
Baş nazir göstəriş verdi: Təcili araşdırma açılır
İraq Baş naziri Məhəmməd Şiya əs-Sudani məsələ ilə bağlı dərhal təcili araşdırma aparılması və məsul şəxslərin hüquqi cavabdehliyə cəlb edilməsi barədə göstəriş verib. Baş nazirliyin mətbuat xidməti bunun İraq dövlətinin mövqeyini əks etdirmədiyini vurğulayıb.
ABŞ təsirinin izi: OFAC təlimatları?
İraq mediasında yer alan məlumatlara görə, Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən komitə ABŞ Xəzinə Departamentinin OFAC qurumunun təlimatları əsasında hərəkət edib. Komitənin tərkibində müxtəlif nazirliklərdən yüksək vəzifəli şəxslər, həmçinin hərbi və kəşfiyyat nümayəndələrinin olması məsələnin ciddiyyətini daha da artırıb.
ABŞ rəsmiləri – dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Tom Barrack – Bağdada sərt mesajlar göndərərək Hizbullahın hədəf alınacağı təqdirdə İraq müqavimət qruplarının müdaxiləsinə qarşı “ağır cavab” veriləcəyi ilə bağlı xəbərdar ediblər.
Bağdadda yaşanan bu qalmaqal bölgədə ABŞ–İsrail xəttinin İraqdan Livana və Yəmənə qədər uzanan Müqavimət qüvvələrini zəiflətmək yönümlü geniş strategiyasının bir parçası kimi qiymətləndirilir. Rəsmi geriaddım isə İraqın daxili təpkilər qarşısında mövqeyini korreksiya etmək məcburiyyətində qaldığını göstərir.
Bağdad geri addım atdı: ABŞ təzyiqi ilə verilən Hizbullah və Ənsarullah qərarı ləğv olundu