İnanclı qadınların həbsinə etiraz edən siyasi məhbus ağzını tikib

Siyasi məhbus Elman Şeydayev barələrində cinayət işi başladılan 6 inanclı xanımın saxlanılmasına etiraz edərək ağzını tikib. Bununla da o, avqustun 16-da saxlanılan qadınların həbs müddətinin növbəti dəfə artırılaraq onları cinayət işinə cəlb edilməsinə öz etirazını bildirib.

Elman Şeydayev 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılılır və bu addımından sonra vəziyyətinin ağırlaşdığı bildirilir.

Xatırladaq ki, avqustun 16-da saxlanılan Nigar Bağırova, Şəhla Fərəcova, Aytən İbrahimova, Şərqiyyə Sadıqova, Arzu Hüseynova və Xoşdqədəm Quliyeva qanunla icazə verilməyən yerdə dini mərasim keçirilmə bəhanəsi ilə həbs ediliblər.

Xəzər rayon məhkəməsi 8 noyabr tarixində keçirilən prosesdə qadınların istintaq müddətinin daha 2 ay uzadıb. Bu isə inanclılar arasında ciddi narahatlıq yaradıb.

Xanımlardan biri Xoşqədəm Quliyeva onkoloji xəstəlikdən əziyyət çəkir.