Prezident İlham Əliyev iddia edib ki, Donald Tramp yeni müharibəyə başlamamış yeganə ABŞ Prezidentidir.
“Fakt Yoxla” iddianın doğru olub-olmadığını yoxlayıb
ABŞ formal müharibələri çox nadir hallarda elan edir. Belə ki, quruluşundan bəri ABŞ yalnız 5 dəfə rəsmi şəkildə müharibə elan edib: 1812-ci il müharibəsi; Meksika-Amerika müharibəsi (1846); İspaniya-Amerika müharibəsi (1898); Birinci və İkinci Dünya Müharibələri
ABŞ son onilliklərdə müharibələrə əsasən rəsmi elan olmadan, ya Konqresin “hərbi gücdən istifadə səlahiyyəti” (AUMF) əsasında, ya da birbaşa prezidentin göstərişi ilə daxil olub. Məsələn, Vyetnam, Əfqanıstan və İraq müharibələri bu qəbildəndir
Trampın prezidentliyi dövründə ABŞ İran generalı Qasim Süleymanini 2020-ci ildə Bağdadda öldürüb, 2025-ci ildə İranın nüvə obyektlərinə zərbələr endirib və Yəməndə yerləşən Husiləri 6 həftə bombardman edib. Bu əməliyyatlar rəsmi müharibə olmasa da, faktiki hərbi qarşıdurma və eskalasiya nümunələridir
Rəsmi hesablamalara görə, Trampın 2025-ci ilin yanvarından - prezident səlahiyyətlərini icra etməyə başladığı tarixdən iyula kimi 5 aylıq dövrdə ABŞ 240 ərazini 529 dəfə bombalayıb
Donald Trampı yeganə “müharibəyə başlamamış Prezident” kimi təqdim etmək tarixi baxımdan da yanlışdır. Belə ki, 1950-ci ildən sonra ən azı üç prezident ABŞ-ni yeni müharibəyə cəlb etməyib: Riçard Nikson; Gerald Ford və Cimmi Karter
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, İlham Əliyevin iddiası yanlışdır.
Donald Tramp müharibəyə başlamayan yeganə ABŞ Prezidentidir - iddiası yanlışdır