“Zirə” “İmişli” ilə heç-heçə edib, “Qarabağ” “Qəbələ”yə qalib gəlib

Sentyabrın 26-da Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Məlumata əsasən, ilk oyun günündə iki qarşılaşma baş tutub. “İmişli” Qubada “Zirə”ni qəbul edib. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

“Qarabağ” isə “Qəbələ”ni sınağa çəkib. Ağdam təmsilçisi rəqibinə 2:0 hesabı ilə qalib gəlib.