Zamanla ölkənin bir nömrəli problemləri sırasında yer alan vəhhabilik yenə də aktual müstəviyə qayıdıb. Bunun bir çox ümumi və xüsusi səbəbləri olsa da, nəticədə məsələnin gündəmə gəlməsi mövcud həyəcan siqnalının səslənməsinin göstəricisidir.
İlk növbədə, geniş repressiv həbslərin yer aldığı son illərdə ölkənin mühafizə sistemində yer alan şiə ruhanilərinin həbsi və yüzlərlə inanclının şərlənməsi vəhhabiliyə açıq səhnə yaratdı. Sosial cəmiyyətdə şiəliyi “iran casusu” damğası ilə möhürləmək, inancın həqiqətindən xəbərsiz kütləni anti-şiə düşüncəsinə çəkməklə yanaşı, alternativ olaraq vəhhabiliyə doğru istiqamətləndirdi. Hansı ad və hansı baxış adı altında təqdimatdan asılı olmayaraq, vəhhabiliyin zərərli, ifrat yanaşması yaradılan imkanlardan istifadə edərək təbliğatlarını genişləndirdi.
İnternet üzərindən geniş yayım maşınları, radio və verilişlərdə çıxışlar, cümə xütbələri, sual-cavab məclisləri ilə yanaşı, yazı və görüntülü çəkimlər cəmiyyətdə dini düşüncədə pozuculuğa yol açdı. Bu, hakimiyyətin maraqlarına cavab verən kamuflyaj edilmiş “hakimə sevgi” oyunu ilə onları arzuladıqları azadlığa qovuşdurmaqla yanaşı, yüksək çinli məmurların övladlarına qədər vəhhabiliyin qəbulunu bu gün qorxulu vəziyyətə gətirib çıxardı.
Keçmişin praktikasında — Meşə Qardaşlarından, Əbu-Bəkr məscidinə atılan qumbara təhlükəsi, mərhum ruhani Hacı Şahin Həsənliyə qarşı terror planı da daxil olmaqla — vəhhabiliyin hansı fəsadlara yol açacağı gün kimi aydın idi. Lakin hakimiyyətin şiəlik əleyhinə daxili və xarici siyasi gedişi vəhhabiləri “maşa” olaraq istifadəyə sürükləyirdi ki, sonunda vəhhabilik məqsədləri dəyərləndirsin.
Hal-hazırda məlum problemin dərinləşən kökləri bu təhlükəni elə vəhhabilik daxilində olan siyasi oyunçuların dili ilə səsləndirərək vəziyyətin kritik həddə yüksəlməsini bildirir.
Cabir İmanovun vəhhabi əqidəsi mövzusu da medianın təsadüfi səslənməsi sayılmamalıdır. Eyni halda, Hacı Surxay Məmmədlinin cümə tribunasında artıq vəziyyəti ciddi həyəcan təbilinə yüksəldən problemin gəldiyi acınacaqlı halı bu mövzuda zəruri addımların atılmayacağı halda geri bərpa olunmayan fəsadlara səbəb olacağını aydın söyləyir.
Dəfələrlə yaşanan terror cəhdləri, vəhhabiliyin bu məsələni İŞİD, Nusra, Əl-Qaidə sıralarına qədər gedən və Suriya, İraqda öldürülən neçə-neçə azərbaycanlını qeyd edilən cərəyanın qurbanına çevirərək həyatına son qoyması, “yaxşı halda” həbsxana divarları arasında uzunmüddətli həbsə məhkum etməsi məlumdur.
Bir daha həqiqətlərlə razılaşmaq, bu xalqın milli köklərinə həkk edilən ənənəvi İslam baxışlarını öz yerinə qaytarmaqla, kənar təsirlər altında ölkəni cəhənnəmə çevirən təriqətləri durdurmaq üçün fürsətlərdən faydalanmaq lazımdır. Azərbaycanı əhatə edən məscid və ziyarətgahlardan, dini atributların milliləşən hər bir çalarına qədər qəbul edilən ənənəvi İslam, dinc və təhlükəsiz sabahın tək və yeganə qarantıdır.
Azərbaycanda vəhhabilik təhlükəsi; hənirti