İraqda müqəddəs ziyarətgahlar təkcə dini ibadət mərkəzi kimi deyil, həm də zəngin kitabxanaları, nəşr evləri və müasir təhsil ocaqları ilə elm və mədəniyyətin inkişafına böyük töhfə verirlər. Bunun son nümunəsi Bağdad Beynəlxalq Kitab Sərgisində öz əksini tapıb.
Sərginin 26-cı buraxılışında Həzrət Hüseyn (ə) ziyarətgahı, Həzrət Abbas (ə) Türbəsi həmçinin digər müqəddəs ocaqların iştirak etdiyi stendlərdə müxtəlif mövzularda yeni nəşrlər, araşdırma əsərləri, elmi və mədəni layihələr təqdim olunub. İştirakçılar arasında yüzlərlə yerli, ərəb və xarici nəşriyyat yer alır.
Ziyarətgahların təqdim etdiyi kitablar dini irs və ənənələrlə yanaşı, müasir düşüncə, fəlsəfə, tarix və mədəniyyət sahələrini də əhatə edir. Burada nümayiş olunan nəşrlər bir daha göstərir ki, müqəddəs ocaqlar yalnız dini mərasimlərin məkanı deyil, eyni zamanda elmi yaradıcılığın, müasir təhsilin və mədəniyyətin beşiyidir.
Sərginin təşkilatçıları bildirirlər ki, bu cür təqdimatlar gənclərdə kitab oxumağa marağı artırmaqla yanaşı, İraqdakı ziyarətgahlarının regionun intellektual həyatında oynadığı rolu da nümayiş etdirir.
Bağdad Beynəlxalq Kitab Sərgisində Ziyarətgahların Nəşr Evləri diqqət çəkdi