İsrail ordusu son 3 həftə ərzində Qəzza sektorunda 100-dən çox robotlaşdırılmış partlayıcı qurğu tətbiq edib.
Bu arədə Qəzza sektoru hökumət məlumat yayıb.
Qeyd edilib ki, İsrail hərbçiləri 13 avqustdan bəri Qəzza şəhərində yerüstü əməliyyat keçirir və dinc fələstinli ailələrə qarşı soyqırımı və kütləvi qətliamlar törədir.
İsrail ordusu Qəzza sakinlərini sistematik şəkildə köçə məcbur etməklə yanaşı, həm də məsafədən idarə etməklə günahsız sakinlərin yaşadığı küçələrdə və yaşayış məhəllələrində partlayışlar törədir. Bundan da başqa, İsrail hərbi təyyarələri 70 dəfədən çox bombardman da edib.
Nəticədə 21 gün ərzində 1 100 günahsız Qəzza sakini İsrail ordusu tərəfindən qətlə yetirilib, 6 008 nəfər isə yaralanıb. Bu isə, gündəlik olaraq, 52 qətl və 286 yaralı deməkdir.
İsrail öz hərəkətləri ilə beynəlxalq humanitar və beynəlxalq hüququ açıq və kobud şəkildə pozur, hərbi cinayətlər törədərək, bölgəni hərtərəfli mühasirədə saxlayaraq Fələstin xalqını soyqırımına məruz qoyur.
İsrail 21 gündə 1 100 dinc fələstinlini qətlə yetirib