Livanda Hizbullaha dəstək aksiyası keçirilib

Livanın cənubunda çox sayda insan bazar ertəsi axşam Hizbullaha dəstək məqsədilə aksiya keçirib və bu hərəkatın lehinə şüarlar səsləndiriblər.

Livanda Hizbullahın silahsızlandırılması məsələsinin müzakirə olunacağı hökumət iclası ərəfəsində, Beyrutun cənub kənarındakı əl-Müşrəfiyyə və əl-Kəfaət bölgələrində insanlar küçələrə çıxaraq Hizbullaha dəstək mitinqi keçiriblər.

Məlumata görə, aksiya iştirakçıları Hizbullahın lehinə şüarlar səsləndirib. Onlar “Ləbbəykə ya Nəsrullah” nidaları ilə həm Hizbullaha dəstəklərini bildiriblər, həm də Amerikanın Livanın daxili işlərinə qarışmasına və bu ölkədə müqavimətin silahsızlaşdırılması ilə bağlı istəklərini hökumətə zorla qəbul etdirməsinə qarşı çıxdıqlarını bəyan ediblər.