İsrail və HTŞ arasında davam edən gizli danışıqların təkcə Azərbaycanla məhdudlaşmadığını və Türkiyədə də bəzi kritik görüşlərin keçirildiyi bildirilir

İsrail mediasına danışan HTS-dən bir mənbə, danışıqların bəzi iclaslarının Türkiyədə keçirildiyini və prosesin birbaşa ABŞ prezidenti Trampın nəzarəti altında irəlilədiyini açıqlayıb.

Kanal 12-nin verdiyi xəbərə görə, Heyət Təhrir əş-Şamdan (HTŞ) bir mənbə İsrail və HTŞ arasında davam edən gizli danışıqların təkcə Azərbaycanla məhdudlaşmadığını və Türkiyədə bəzi kritik görüşlərin keçirildiyini iddia edib.

Mənbənin sözlərinə görə, bu təmaslar ABŞ prezidenti Donald Trampın birbaşa müdaxiləsi və nəzarəti altında həyata keçirilib.

İsrail tərəfi prosesə ciddi yanaşır və Türkiyə İsraillə sıx əlaqələri və regional diplomatik şəbəkəsi sayəsində danışıqlar üçün funksional və çevik platforma təklif edir. “Əl-Vətən” qəzeti Türkiyənin də daxil olduğu bu diplomatik təmasların tərəflərin yeni xarici siyasətinin əksi olduğunu yazıb.

İddialara görə, danışıqların əsas məqsədi İsrail və HTŞ arasında mərhələli anlaşmaya nail olmaqdır.

Bu prosesdə son məqsədin İbrahim razılaşmalarına bənzər bir uzlaşma modeli olduğu bildirilərkən, bəzi mürəkkəb məsələlərin hələlik təxirə salınacağı ifadə edilir.

HTS qaynağı danışıqlarda HTS-ə yaxın yüksək səviyyəli şəxslərin iştirak etdiyini və bu şəxslərin mesajları birbaşa təşkilatın lideri Colaniyə çatdıra bildiyini bildirib.