İsrailin Qəzza üçün yeni deportasiya planı

İsrail Ordusunun sözçüsü Aviçay Adraee X hesabında Qəzza zolağının kiçik nömrəli bloklara bölündüyü və "qadağan olunmuş ərazilərin" qırmızı rənglə işarələndiyi xəritəni paylaşıb.

Xəritəyə əsasən, Qəzza zolağının şimalında Qəzza şəhərində 3 məhəllə 602, 699, 715, 716 və 717 saylı məhəllələrin boşaldılması lazım olduğunu qeyd edən Adraee, İsrail ordusunun bölgəyə intensiv hücumlar təşkil edəcəyi ilə hədələyib.

Adraee, işarələnmiş bölgələrdəki fələstinlilərdən cənubdakı Mevasi bölgəsinə getmələrini və geri qayıtmamalarını istəyib.