İsrail mətbuatı: Suriya və İsrail bu ilin sonuna kimi barışacaq, İsrail Colan təpələrini alacaq

İsrail mətbuatı 2025-ci ilin sonuna qədər Suriya ilə sülh müqaviləsinin imzalanacağını iddia edib. Xəbərdə İsrailin işğal etdiyi torpaqlardan çəkiləcəyi, lakin Colan təpələrini saxlayacağı bildirilib. Razılaşma həmçinin Suriyanın İbrahim razılaşmalarına qoşulmasına yol aça biləcəyini də qeyd edib.

İsrail mediası i24 Suriya və İsrailin “2025-ci ilin sonuna qədər” sülh sazişi imzalayacağını bildirib.

i24-ün “məsələdən xəbəri olan mənbəyə” əsaslanaraq verdiyi xəbərə görə, İsrail və Suriyanın 2025-ci ilin sonuna qədər sülh sazişi imzalaması gözlənilir.

Xəbər kanalının məlumatına görə, razılaşmaya əsasən, İsrail 2024-cü il dekabrın 8-də Hermon dağının zirvəsi də daxil olmaqla, bufer zonanı işğal etdikdən sonra ələ keçirdiyi bütün Suriya ərazilərindən mərhələli şəkildə geri çəkiləcək.

i24, “Bu tarixi razılaşma iki ölkə arasındakı münasibətləri tamamilə normallaşdıracaq və Qolan Təpələrinin sülh bağı olacağını göstərəcək” deyib.

Normalda Suriya ərazisi sayılan Qolan təpələrinin hamısının İsraildə qalacağı təəssüratı yaradır.

 

İSRAİL XARİCİ İŞLƏR NAZİRİNDƏN ƏHƏMİYYƏTLİ AÇIQLAMA

İsrailin xarici işlər naziri Giden Saarın bəyanatı da bu xəbəri dəstəkləyib. “Əgər Colan təpələrini saxlamaq şərti ilə Suriya ilə sülh sazişi imzalamaq və ya münasibətləri normallaşdırmaq imkanı olarsa, bu, İsrailin gələcəyi üçün müsbət olacaq”, - Saar bildirib.

Suriyanın müvəqqəti lideri Əhməd əl-Şaraa həmçinin bildirib ki, belə bir sülh sazişi Suriyaya İbrahim Sazişlərinə qoşulmağa imkan verə bilər. Belə olan halda Suriya, ABŞ və İsrailin maliyyələşməsi də gündəmdədir.

Bu son xəbər Təl-Əvivdə reklam lövhəsinə asılmış plakatları da yada salır. “Yeni Yaxın Şərq nizamının vaxtı gəldi” yazılan afişada Şaraa da Tramp, Netanyahu və Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanla eyni kadrda yer alıb.

 

QOLAN YÜKSƏLKƏLƏRİ KİMLƏRİNDİR?

Qolan Təpələri Suriyanın cənubunda əslən Suriyaya aid olan, lakin 1967-ci ildə başlayan Altı Günlük Müharibə zamanı yarısı İsrail ordusu tərəfindən ələ keçirilən bir bölgədir.

Qolan təpələrinin yarısı 1981-ci ildə birtərəfli qaydada İsrail tərəfindən ilhaq edilib. Lakin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1981-ci ildə qəbul etdiyi 497 saylı qətnamədə İsrailin ilhaqının heç bir hüquqi qüvvəsi olmadığı bildirib.

Colan təpələri ötən fevralda Əsəd rejiminin HTŞ-yə bağlı yaraqlılar tərəfindən devrilməsi ilə eyni vaxtda İsrail tərəfindən tamamilə ələ keçirilib. İsrail orada “təhlükəsiz bufer zonası” yaradıb və Suriyanı intensiv havadan bombardman edib.

 

Suriya hələ də rəsmi olaraq Colan təpələrinin sahibidir. Lakin İsrail faktiki olaraq bu bölgəni və Suriyanın cənubunda böyük bir ərazini ələ keçirib.