"İrana zərbələr səbəbsiz təcavüzdür və heç bir əsası yoxdur"

"İrana zərbələr səbəbsiz təcavüzdür və heç bir əsası yoxdur". Bunu Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Ərağçi ilə görüşündə deyib.
Rusiya prezidentinin sözlərinə görə, Rusiya İrana kömək etmək üçün səy göstərir. Putin regionda mövcud vəziyyətdən mümkün çıxış yolları barədə birgə düşünməyi təklif edib.
İran XİN rəhbəri iyunun 22-də Moskvaya gəlib. "Reuters" yazırdı ki, Ərağçi Putinə İranın ali dini lideri Əli Xameneinin məktubunu çatdırmalıdır.