Bu ilin ilk rübü ərzində Azərbaycanın neft-qaz sektorunda 3,9 milyard dollar profisit, digər sektorlarda (qeyri-neft-qaz) isə 2,7 milyard dollar kəsr qeydə alınıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansının kəsiri 43,9% artıb.
Beləliklə, qeyri-neft-qaz sektorunda cari əməliyyatlar balansının kəsiri son 11 ildə ən yüksək səviyyəyə çatıb.
Azərbaycanda qeyri-neft-qaz sektorunun kəsiri son 11 ildə ən yüksək səviyyəyə çatıb