İllərdir bu səmanın sakitliyini mənfur İsrail bombaları pozmaqda davam edir. Hər günün gecəsini belə cəhənnəmə çevirən soyqırımçı İsrail bəşəriyyətin ən qəddar cinayətinə imza atmaqla özünü sonsuz qüdrət sahibi bilir. İstisnasız hər gün fələstinlilər başlarına yağan od-alov içində apartet rejimin öldürücü həmləsini gözləməyi həyat səhifələrinə yazıblar. Blokadada olan kiçik Qəzzədə nə qida var, nə zəruri ehtiyacları ödəyəcək su. Tibbi təminat artıq bu ərazi üçün xəyalı bir arzudur.
Bütün anklavda sağlam bircə ev belə qalmayib.
Xəstəxanalar İsrail bombardumanı altında dağıdılıb. Fələstinlilər artıq hər gün sığındıqları çadırlara İsrail hücümünü yaşayırlar.
Bu savaş bir xalqın soyqırımı, məhvini özündə tərənnüm edən bir vəhşilikdir.
Sayları 54 mini keçən və hələlik cənazələri dağıntılar altından çıxarılan fələstinli şəhidlər və sayın 120 mindən artıq yaralı və ömürlük əlil olan qadın, uşaq, körpələr... Bu sətirlər mövcud faciəni, Fələstin dramını mümkün tərənnüm edə biləcək aciz sətirlərdir.
Və birdən ərtafa qərib bir sükut çökür. Yox, bu bombaların dinməsi deyil, Qəzzə səmasında yenə də od saçan raketlər muncuqlanaraq istiqamət zəncirində davamlıdır. Lakin bu dəfə bu alov Fələstin məzlumlarının deyil, qatil İsrailin üzərinə yağır.
İrandan alışan bu atəş səmanın ulduz parıltısı ilə fələstinli körpələrin ömür səhifələrində xəyalı bir gecəni ona bəxş edir. Bu gecə Qəzzaya od yağmayacaq, bu gecə fələstinli körpələr öldürülməyəcək. Bunun əksi olaraq bu gecə dünyanı cəhənnəmə çevirənlərin həyatına odlu bir cəhənnəm alovu yağacaq.
Quru torpaq üzərində uzanıb səmada parlaq işıqlarla sayrışaraq İsrail ərazisinə həmlə alan raketləri izləyərək kiçik fələstinli körpələrin göz qapaqları ağırlaşır. Bu dəfə onlar sakit, hüzurlu bir rahatlıq içində, onları ölüm kabusundan uzaq bir əminlik bağrına basır.
Hüzurla uyuyan fələstinli uşaqlar