İsveçdə minlərlə insan Fələstinə dəstək nümayişi keçirdi!

İsveçin paytaxtı Stokholmda minlərlə insan Qurban bayramında İsrail rejiminin Qəzzaya davam edən hücumlarına etiraz edib.

Stokholmun Odenplan rayonunda toplaşan təxminən 20 min fəal Qurban bayramı günlərində işğalçı İsrail rejiminin Qəzza və İordan çayının qərb sahilinə hücumlarının qarşısının alınmasını tələb edib.

Əllərində Fələstin bayraqları tutan etirazçılar “Fələstində qırğın var”, “Azadlıq yaxındır”, “Qəzzədə soyqırım var” və “Qəzzəyə təcili və qeyri-müəyyən atəşkəs” yazılmış pankartlarla yürüşə başlayıb.

"Fələstin xalqı tək deyil" və "Fələstin üçün danışın" kimi şüarlar səsləndirən nümayişçilər İsveç parlamentinin qarşısına doğru yürüş ediblər.

Nümayişə dəstək verən həkim və tibb bacıları Fələstində öldürülən uşaqların unudulmaması üçün əllərində qanlı gəlinciklər aparıblar.