İsrailin keçmiş baş naziri Ehud Olmert çərşənbə günü axşam təsdiqləyib ki, İsrail təkcə Qəzza zolağında deyil, həm də işğal olunmuş İordan çayının qərb sahilində gündəlik olaraq hərbi cinayətlər törədir.
O, İsrailin rəsmi xəbər agentliyinə verdiyi müsahibədə, daha əvvəl İordan çayının qərb sahilinin şimalındakı Havara kəndinin yandırılmasını tələb edən maliyyə naziri Bezalel Smotriç də daxil olmaqla, Benyamin Netanyahu hökumətindəki nazirlərin açıqlamalarını pisləyib.
“(Fələstin) kəndləri yandırmağa çağıran hər kəs əslində soyqırıma çağırır”, - Olmert bildirib və o, “Müharibə cinayətləri təkcə Qəzzada törədilmir”, deyə əlavə edib.
2006-2009-cu illərdə baş nazir olmuş Olmertin sözlərinə görə, “İsraillilər hər gün İordan çayının qərb sahilində hərbi cinayətlər törədir və polis də, ordu da onların qarşısını almır”.
Olmert: "Bu, məqsədi olmayan siyasi müharibədir. Bu, heç bir məhbusu geri qaytarmayacaq və əsgərlərin həyatını itirməsi ilə nəticələnəcək" deyib.
O, hökuməti "ekstremist bəyanatları lazımi şəkildə pisləmədiyi" üçün tənqid edib.
“Samarra Şurasının (işğal edilmiş İordan çayının qərb sahilinin şimal hissəsindəki qəsəbə şurası) rəhbərinin soyqırıma çağırması və ya nazirlərin “Qəzzada bircə uşağı sağ qoymayın” deyə qışqırması heç kəsi təəccübləndirmir”.
O, bunun üçün məsuliyyətin hökumətin üzərinə düşdüyünü və Qəzzada yeritdiyi hərbi siyasətin “çoxlu günahsız qurbanlara səbəb olduğunu” gözardı edə bilməyəcəyini vurğulayıb.
Olmert çərşənbə günü BBC-yə deyib ki, minlərlə günahsız fələstinli öldürülüb və İsrailin Qəzzada hərəkətlərini "demək olar ki, müharibə cinayəti" kimi qiymətləndirib.
İsrailin keçmiş baş naziri: Biz hər gün Fələstin xalqına qarşı müharibə cinayətlərinin şahidi oluruq