Kolumbiya, Boliviya və Venesuela başçılarının Da Silvaya ardıcıllıqla dəstəyi İsraili narahat edib

Braziliya Prezidentinin İsrail rejiminin Qəzzaya qarşı soyqırımını nasistlərin hərəkətləri ilə müqayisə etməsinin ardınca Latın Amerikası liderləri onun bu sözlərinə dəstək verib. Rejimin müharibə naziri buna reaksiya verərək Kolumbiya və Boliviya prezidentlərinin dəstəkləyici açıqlamalarını “təxribat” adlandırıb.

İsrailin müharibə naziri Yoav Qallant Boliviya və Kolumbiya prezidentləri Qustavo Petro və Luis Arsenin braziliyalı həmkarı Lula da Silvaya dəstək ifadələrini “zəhlətökən və təxribatçı” adlandırıb.

O, rəsmi bəyanatında deyib: “Boliviya və Kolumbiya prezidentləri Braziliya Prezidentinə qoşuldular, onların sözləri zəhlətökən və təxribatçıdır.”