İsrailin Qəzzaya zərbələri 12 nəfərin həyatına son qoyub

Son 24 saat ərzində İsrailin Qəzzanın müxtəlif ərazilərinə endirdiyi zərbələr nəticəsində azı 12 nəfər həlak olub.

Bu barədə Qətərin “Əl-Cəzira” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail artilleriyası Qəzza şəhərinin Əz-Zeytun, Et-Tuffa və Eş-Şücayyə ərazilərini intensiv atəşə tutub.

İsrail ordusunun Qəzzanın cənub hissəsindəki Rəfah bölgəsinə də zərbələr endirdiyi bildirilir.