İsrail ordusunun Şəfa xəstəxanasının əsas binalarını ələ keçirib

Əl-Cəzirə İsrail ordusunun tankların dəstəyi ilə Şəfa xəstəxanasının əsas binalarına, o cümlədən təcili yardım binasına və xüsusi cərrahiyyə şöbəsinə hücum etdiyini bildirib.
Məlumata görə, işğalçı İsrail əsgərləri binalara daxil olaraq axtarış əməliyyatları aparır, həkim və tibb işçilərini bir-bir dindirir.
Sionist rejim bu tədbirləri HƏMAS rəhbərlərinin öz əməliyyatlarını həyata keçirmək üçün Şəfa xəstəxanasından istifadə etməsi bəhanəsi ilə həyata keçirir, lakin indiyədək bu iddiaları təsdiq edəcək heç bir dəlil yoxdur.
Bu xəstəxanada hələ də 3000-ə yaxın insan var, onlardan bəziləri ən həssas xəstələrdir.
Fələstin hökumətinin Qəzzadakı ofisinin baş direktoru İsmayıl Thabata bu hərəkəti müharibə cinayəti adlandırıb.
Sionist əsgərlər xəstəxananın bəzi hissələrini zəbt ediblər və xəstəxanada olan Qəzzə səhiyyəsinin müdiri Münir Əlbarş işğalçılarla əməkdaşlığı rədd edib və vurğulayıb ki, mən həkiməm və öz vəzifəmi yerinə yetirəcəyəm.
 
Maidə.az