İraqda terror aktı

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraq mediası bazar ertəsi axşam saatlarında bu ölkənin şərqində, əl-Mikdadiyə şəhəri yaxınlığındakı "əl-Həziniyyə" kəndində terror aktı törədildiyini bildirib.

İraq mediası bu hücumu terror hücumu kimi qiymətləndirib və təhlükəsizlik mənbəsindən ötürülən bu hücumda biri vəkil və üçü uşaq olmaqla 8 nəfərin həyatını itirdiyini bildirib. Xəbərlərə görə, dünən gecə İraqın Diyala əyalətinin əl-Haziniyə kəndində törədilən terror aktında maşının keçdiyi yolda bomba partlayıb.

Partlayışdan sonra Mikdadiyedə ciddi təhlükəsizlik tədbirləri görülüb.