İraq Hizbullahından Amerikalılara xəbərdarlıq

İraq Hizbullah batalyonları amerikalılara xəbərdarlıq edib ki, müqavimət bazalarına hər hansı bir hücum olarsa, onlar birbaşa hədəfə alına bilərlər.

Operativtv.com Təsnim - ə istinadən xəbər verir ki, İraq Hizbullah batalyonlarının sözçüsü Əbu Əli əl-Əskəri Suriya xalqının Amerika işğalına qarşı müqavimətini təbrik edib və eyni halda xəbərdarlıqda səsləndirib: “Əgər ABŞ mücahidləri və qərargahımızı hədəfə alaraq axmaq bir iş görsə, Hizbullah batalyonları da bölgədə birbaşa Amerika qərargahını hədəf alacaq."

Əbu Əli əl-Əskəri izah edib ki, İraq Hizbullah batalyonlarının Amerika bazalarına hücumda heç bir rolu yoxdur və onların qərargahı hədəfə alınmayıb. Cümə gecəsi Deyr əz-Zorda Amerika işğalının iki qeyri-qanuni bazası “Koniko” və “Əl Ömər” neft-qaz yataqları raket hücumlarına məruz qalıb.

Xəbər mənbələri Suriyadakı Əl Ömər neft yatağında Amerika işğalının bazasına 20-dən çox raket atıldığını bildirib. Amerikalı hərbi mənbə Əl-Cəzirəyə bildirib ki, bu raket hücumları nəticəsində ən azı bir amerikalı yaralanıb. ABŞ hərbi mənbəsi iddia edib ki, ABŞ hava hücumundan müdafiə qüvvələri Suriyanın şərqində ABŞ mövqelərinə hücum edən 3 pilotsuz təyyarədən 2-ni vurub. Eyni zamanda ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın şərqində Deyr əz-Zoru hədəf alan ABŞ təyyarələrinin Qətərdəki Əl-Adid bazasından havaya qalxdığını açıqlayıb.