İranın Fransa hökumətinə reaksiyası: Etirazçılara zor tətbiqini dayandırın

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Fransa polisinin bu ölkədə nümayişçilərə qarşı zorakılıq tətbiq etməsini qəbuledilməz adlandırıb və Fransa hökumətinə etirazçılara qarşı zorakılıqdan əl çəkməyi tövsiyə edib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Fransa polisinin bu ölkədə etirazçılara qarşı hərəkətlərini şərh edərək yazıb: “Bu ölkə vətəndaşlarının etirazlarına polisin zorakılıq tətbiq etməsi qəbuledilməzdir və Fransa hökumətinin demokratiya və ifadə azadlığı prinsiplərinə sadiq olmadığını göstərir.

Biz Fransa hökumətinə ikili standartlardan çəkinməyi və insan haqları anlayışından alət kimi istifadə etməyi, etirazçılara qarşı zorakılığı dayandırmağı tövsiyə edirik”.

Xatırladaq ki, Fransa polisi üç gün ərzində bu ölkədə pensiya islahatı islahatlarına etiraz edən nümayişçilərlə gözyaşardıcı qaz və müxtəlif avadanlıqlardan istifadə edərək zorakılıq üsullarına əl atıb və toqquşma baş verib.

Şənbə günü axşam Fransada keçirilən etiraz aksiyalarından yayılan görüntülərdə polisin etirazçılara hücum etdiyi və onlara qarşı zorakılıq tətbiq etdiyi görünür.