İranın Ali lideri ölkənin Hüquq-Mühafizə Qüvvələrinə yeni Baş komandan təyin edib

İranda sabiq polis rəis müavini briqada generalı Əhmədrza Radan ölkənin Hüquq-Mühafizə Qüvvələrinə yeni Baş komandan təyin edilib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabının Ali lideri Ayətullah Xamenei göstəriş verib.

Ayətullah Xameneinin təyinatla bağlı yazdığı məktubda bildirilir ki, general Hüseyn Əştərinin vəzifə müddəti bitdiyi üçün briqada generalı Ə.Radan onun yerinə təyin edilir.