İran Prezidenti son 12 ildə ilk dəfə Suriyaya səfər edib

İran Prezidenti İbrahim Rəisinin Suriyaya səfəri başlayıb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, onu Dəməşq aeroportunda İran səfiri və Suriya rəsmiləri qarşılayıb.

Rəisi suriyalı həmkarı Bəşər Əsəd və digər rəsmilərlə görüşlər keçirəcək. Səfər zamanı Tehran və Dəməşq arasında iqtisadi, siyasi sənədlərin və memorandumların imzalanması planlaşdırılır. İki günlük səfər zamanı Rəisini prezident aparatının rəhbəri Qulamhüseyn İsmaili, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, müdafiə naziri Məhəmmədrza Aştiani, neft naziri Cavad Oci və digər rəsmilər müşayiət edir.

Qeyd edək ki, bu Suriyada 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra İran Prezidentinin ölkəyə ilk səfəridir.