İran dünyanın ən böyük litium ehtiyatlarından birini kəşf etdiyini açıqlayıb

İran hökumətinin bəyanatına görə, 8,5 milyon ton litium olan ehtiyat aşkarlanıb. Litium mədənləri ilə zəngin ölkələr siyahısında 4-cü yeri tutacaq İran bu kəşflə Cənubi Amerika xaricində ən çox litium olan ölkə olacaq.

İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məlumatına görə, böyük gil yataqlarına malik Həmədan bölgəsində daha çox litium filizi ehtiyatlarının aşkar ediləcəyi ehtimal edilir. Litium yeni nəsil akkumulyatorların istehsalında əsas məhsullardan biri kimi istifadə olunur.

İran hökuməti tərəfindən edilən açıqlamada, aşkar edilmiş litium ehtiyatı sayəsində Tehranın cib telefonları, noutbuklar və buna bənzər elektrik maşınlarında istifadə edilən metal istehsalı üzrə qlobal yarışda söz sahibi olacağı bildirildi. dünyada təxminən 89 milyon tondur. Tehranın kəşfi bu xammalın ümumi potensialının onda birinin bu ölkədə olduğunu ortaya qoyur.

Bu arada metallar və enerji sahəsində məsləhət xidmətləri göstərən SFA Oxford şirkətində litium tədqiqatçısı kimi çalışan Tomas Çandler verdiyi açıqlamada litium konsentrasiyasının olduğunu və keyfiyyəti ilə üzə çıxarılmasının nə qədər baha başa gələcəyi mövzularının da əhəmiyyətli olduğunu ifadə edərkən, tapılan miqdarın da əhəmiyyətli olduğunu qəbul edir.

Dünyada litium ehtiyatlarına görə Boliviya 39 milyon tonla birinci, Çili 19,9 milyon tonla ikinci, Argentina 12 milyon tonla üçüncü, İran isə son kəşflə dördüncü yerdədir. Sonrakı yerləri 7,7 milyon tonla Avstraliya, 6,7 milyon tonla Çin və 5,9 milyon tonla Hindistan tutur.