İran BAEA-nin rəhbərini tənqid edib

Operativtv.com Amerikanın Səsinə istinadən bildirir ki, İranın dövlət mediası şənbə günü nüvə agentliyinin Fordo uran zənginləşdirmə zavodunda avadanlıqlarda gizli dəyişikliklərlə bağlı narahatlıqlarını ifadə etməsindən sonra İran BMT-nin nüvə təşkilatının rəhbəri Rafael Qrossini tənqid edib.

Qrossi ilə bağlı tənqid Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktorunun İranın nüvə proqramı ilə bağlı sazişi canlandırmaq üçün dalana dirənmiş danışıqlar fonunda, fevral ayında İranın nüvə fəaliyyəti ilə bağlı əməkdaşlığın artırılmasına dair danışıqlar aparmaq üçün Tehrana getməyi planlaşdırdığını söyləməsindən sonraya təsadüf edir.

BAEA AFP-nin çərşənbə günü ələ keçirdiyi məxfi hesabatında bildirib ki, İran Fordo Yanacaq Zənginləşdirmə Zavodunda (FFEP) uranı 60 faizədək zənginləşdirən iki sentrifuqa klasteri arasındakı qarşılıqlı əlaqəni əvvəlcədən xəbərdarlıq etmədən əsaslı şəkildə dəyişdirib.

İran daha sonra bildirib ki, bir müfəttiş "ehtiyatsızlıqdan" dəyişikliklərin olduğunu bildirib və Qrossi məsələnin həll olunmasına baxmayaraq hesabatı dərc edib. ABŞ və müttəfiqləri isə bu cavabı "qeyri-adekvat" adlandıraraq, tənqid edib.

“Biz agentliyə müfəttişin səhv etdiyinə və səhv hesabat verdiyinə dair məktub göndərdik,” dövlət xəbər agentliyi İRNA İran Atom Enerjisi Təşkilatının başçısı Məhəmməd İslamidən sitat gətirərək bildirib.

“Ancaq agentliyin baş direktoru yenə də məsələni mətbuata yayıb,” o deyib və bunu “qeyri-peşəkar və qəbuledilməz" davranış adlandırıb.

“Biz ümid edirik ki, bu davranış davam etdirilməyəcək... çünki bu, onun reputasiyası və agentlik üçün məqbul deyil.”

BAEA Manvarın 21-də Fordo obyektində əvvəlcədən elan edilməmiş təftiş zamanı “iki IR-6 sentrifuqa kaskadının... İranın agentliyə elan etdiyi iş rejimindən əhəmiyyətli dərəcədə fərqli bir şəkildə bir-birinə bağlandığını” aşkar etdiyini bildirib.

Üzv ölkələrə ünvanlanan hesbatda həmçinin bildirilib ki, ötən ilin sonundan bəri iki kaskadın 60 faizədək zənginləşdirilən uran istehsal etmək üçün istifadə olunur.