Dekabrın 26-da hal-hazırda həbsdə olan jurnalist, bloger Mehman Hüseynova qarşı CM-nin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə zor tətbiq etmək) ilə cinayət işi açılıb. Bu maddə ilə təqsirli bilinərsə, onu 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Yayılan məlumatda qeyd olunur ki, M. Hüseynov cəza çəkdiyi 14 saylı müəssisənin rejim nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalova bədən xəsarətləri yetirib. Onun üzərindən axtarış zamanı 461 manat pul müsadirə edilərək götürülüb. Dekabrın 29-da isə jurnalistə qarşı daha ağır maddə - CM-nin 317.2 (cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının əməkdaşına həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb. “Cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətini pozma” adlanan bu maddə 5 ildən 7 ilə qədər cəza nəzərdə tutur. Mehman Hüseynov buna etiraz olaraq 12 gündür aclıq edir. İctimaiyyət nümayəndələri jurnalistə dəstək nümayiş etdirirək aclıq aksiyasına başlayıblar.
Xatırladaq ki, 9 yanvar 2017-ci il tarixində saat 19:30- radələrində jurnalist, blogger Mehman Hüseynov oğurlanaraq naməlum istiqamətə aparılmış və ondan heç bir xəbər alınmamışdı. Daha sonra jurnalistin Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparıldığı və ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə təqsirli bilindiyi məlum olmuşdu. 10 yanvar 2017-ci il tarixdə Nəsimi rayon Məhkəməsi bloggerin 200 manat cərimə cəzasına məhkum edərək onu azadlığa buraxmışdı. Həmin vaxt orada mediaya açıqlama verən jurnalist işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verərək Mehman Hüseynovun Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. 3 mart 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsi Hüseynovun 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 15 dekabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. 25 iyun 2018-ci ildə Ali Məhkəmə apellyasiya qərarından verilən kassasiya şikayətini təmin etməyib.
İctimai fəallar Mehman Hüseynova görə aclıq aksiyasına başladı - Video

Oxşar xəbərlər