General Baqiri: Qüvvələr balansı Qərbdən Şərqə dəyişir

İranın Baş Qərargah rəisi: “Bu gün qüvvələr balansının Qərbdən Şərqə dəyişməsinin yeni əlamətləri görünür və gələcəyin regionumuza və Asiyaya aid olduğunu vurğulamaq lazımdır”.

Yüksək səviyyəli hərbi nümayəndə heyətinin rəhbərliyi ilə Omana gedən İran İslam Respublikasının Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Omanın Baş Qərargah rəisi, admiral Abdullah Bin Xamis Əl ilə görüşüb.

Bu görüşdə general Baqiri omanlı həmkarına göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib və Oman hakimiyyətinin, xüsusilə də bu ölkənin sultanının İran İslam Respublikasına göstərdiyi dəstək və yardımı yüksək qiymətləndirdiyini, bu əlaqələrin İran İslam Respublikasına göstərdiyi qardaşlıq və qonşuluq dəstəyinə görə minnətdarlıq edib.

Baş Qərargah rəisi Fars körfəzi regionunu və Qərbi Asiyanı dünyanın ən həssas bölgələrindən biri kimi qiymətləndirib: “Son illərdə bu region özlərini mütləq dövlət kimi göstərməyə çalışan amerikalıların təzyiq zonası olub”. Baqiri “Bu gün güc balansının Qərbdən Şərqə dəyişməsinin yeni əlamətləri görünməkdədir və gələcəyin bölgəmizə və Asiyaya aid olduğunu vurğulamaq lazımdır” deyə izah edib.

O, bəyan edib ki, yeni dünya nizamının böyük konfransı yaxın günlərdə Oman da daxil olmaqla, bir çox ölkələrin rəsmilərinin iştirakı ilə Tehranda keçiriləcək: "İran və Oman arasındakı münasibətlər imtiyazlı, isti və səmimidir. Biz birgə kəşfiyyat tədbirləri proqramına və döyüş bölgəsində birgə patrullara hazırıq”, - deyə o əlavə edib.

Baş Qərargah rəisi İran və Oman arasında müdafiə sahəsində əməkdaşlığın sürətlə irəlilədiyini qeyd edərək deyib: Bu əməkdaşlıqlar dəniz təhlükəsizliyinin yaradılması və dəniz təlimlərinin keçirilməsi məqsədi daşıyan birgə təlimləri əhatə edir və biz Omanı beynəlxalq qarışıq dəniz təlimlərində iştirak etməyə dəvət edirik.

“İslam Respublikasının silahlı qüvvələri müxtəlif sahələrdə özünü təmin etməyə nail olub və biz Omanla təchizat, təlim və əməliyyatlar sahələrində qarşılıqlı əlaqə və kommunikasiya vasitəsilə bundan sonra da əməkdaşlıq edə bilərik” - deyə general Baqiri xatırladıb.

O, çıxışının son hissəsində Fələstin məsələsini İran İslam Respublikası və İslam dünyasının ən fundamental məsələlərindən biri kimi səciyyələndirib: “Bu gün sionist işğal rejimi bütün cəmiyyətlərin təzyiqi altındadır. Onların idarə olunmasında ikilik var və biz bunun şahidi oluruq.”

Omanın Baş Qərargah rəisi admiral Abdullah bin Hamis Əl-Rəisi bu cür səfərlərin iki ölkə arasında əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb: “Biz hamımız eyni bölgənin övladlarıyıq və buna görə də maraqlarımızı digərlərindən daha yaxşı başa düşürük və inanırıq. Region ölkələrinin birliyi və həmrəyliyi ilə regional təhlükəsizliyin əldə oluna bilər.” O, İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib və bu məsələni xarici dövlətlərin müdaxiləsinin qarşısının alınması və regional təhlükəsizliyin artırılması yollarından biri kimi dəyərləndirib.

Admiral Rəisi ölkələr arasında problem və münaqişələrin yaranmasının əcnəbilərin maraqlarına uyğun olduğunu bildirib: “Əlbəttə, fikir ayrılıqlarına görə hərtərəfli razılığın əldə olunması asan məsələ deyil, lakin bəzi fikir ayrılıqları xarici müdaxilə üçün səbəb kimi istifadə edilməməlidir” o əlavə edib.

Rəisi görüşün sonunda İran İslam Respublikasının hərbi sahədəki gücünü və İranın müdafiəsindəki tərəqqi və uğurları xoşbəxtlik və məmnunluq mənbəyi adlandırıb.