Əfv Komissiyasının növbəti iclası keçirilib

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası növbəti iclasını keçirilib. May ayında imzalanması ehtimal olunan sərəcama bu dəfə əfv olunanların sayında yetərincə çoxluq olacağı bildirilir. Əlbəttə bu sırada siyasi məhbusların da xüsusi rəqəmlə yer alması gözlənilir. Bu günə qədər komissiya 1200-dən çox müraciətə baxıb. Son iclasda daha 150-dən çox müraciətə baxılıb.