Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirova 11,5 il müddətinə həbs cəzası verilib

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirova 11,5 il müddətinə həbs cəzası verilib.
Bu barədə “Sputnik Armenia” nəşri məlumat yayıb.
Azərbaycan Ordusunun əsgərləri - 19 yaşlı Aqşin Bəbirov və 20 yaşlı Hüseyn Axundov Naxçıvan MR Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüşülər.
Digər hərbçi Hüseyn Axundovun istintaqı davam edir. O da Ermənistanda adam öldürməkdə ittiham olunur.
 
Maide.az