Dəməşqdə "İslami-cihad” silahlı qruplaşmasının komandirlərindən biri öldürülüb

Fələstinin “Əl-Qüds Briqadası”nın “İslami-cihad” silahlı qanadının komandirlərindən biri, 31 yaşlı Əli Rəmzi əs-Saud Suriyanın paytaxtı Dəməşqdə öldürülüb.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bu barədə “Əbu Əli Express” məlumat yayıb.

Bildirilib ki, qətldə “İsrail izi” axtarılır.

Xatırladaq ki, Dəməşqə İran hakimiyyətinin müdafiə etdiyi Bəşşar Əsəd rejimi nəzarət edir.