01 September 2026
ABŞ şirkəti borcdan qurtulmaq üçün aktivlərini 1.65 milyard dollara SOCAR-a satır
ABŞ-nin təbii qaz istehsalçısı olan "Comstock Resources" şirkəti sentyabrın 1-də bildirib ki, borc yükünü azaltmaq məqsədilə Heynsvil şist qazı yataqlarındakı aktivlərini və əlaqəli qaz nəqli infrastrukturundakı paylarını Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 1.65 milyard dollara satmağı planlaşdırır.
Razılaşmaya əsasən, SOCAR "Comstock" şirkətinin "Legacy" və "Western Haynesville" aktivlərində, həmçinin "Pinnacle Gas Services"in qaz nəqliyyatı və infrastrukturu biznesində pay sahibi olacaq.
İraq koalisiya qüvvələrinin mövcudluğunun uzadılması təklifi rədd etdi
İraq hökumətinin sözçüsü Baş nazirin bəzi beynəlxalq koalisiya qüvvələrinin 30 sentyabrdan sonra ölkədə qalması təklifini rədd etdiyini açıqlayıb.
İraq hökumətinin sözçüsü Heydər əl-Əbbudi Baş nazir Əli əl-Zeydinin bəzi beynəlxalq koalisiya qüvvələrinin 30 sentyabrdan sonra İraqda qalması təklifini rədd etdiyini bildirib.
Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb
Pakistanın Bəlucistan əyalətində sentyabrın 1-nə keçən gecə gömrük binasına hücum baş verib, nəticədə təhlükəsizlik qüvvələrinin və gömrük xidmətinin 6 əməkdaşı həlak olub.
DAWN xəbər verir ki, bu barədə Qurumlararası İctimaiyyətlə Əlaqələr Xidmətinin (ISPR) bəyanatında bildirilib.
Məlumata görə, hücum Çaqay dairəsinin Nokçe rayonunda baş verib.
Yamaldan yeni rekord
“Barselona” İspaniya La Liqasının III turunda doğma meydanda “Rayo Valyekano”nu 5:2 hesabı ilə məğlub edib.
21-ci dəqiqədə fərqlənən Kataloniya təmsilçisinin hücumçusu Lamin Yamal Avropanın 5 aparıcı çempionatında 50 qol həddinə çatan ən gənc (19 yaş 49 gün) oyunçu olub.
Məkkə müqaviləsi İrana qarşı yox, İslam dünyasında yeni bir ittifaqın başlanğıcı ola bilər.
Əl-Qüds TV-nin baş redaktoru Nurəddin Şirin Mehr Xəbər Agentliyinə verdiyi qiymətləndirmədə Məkkə müqaviləsini İrana qarşı ittifaq kimi şərh etməyin real olmadığını bildirib. O, Mehr Xəbər Agentliyinə Məkkə müqaviləsi barədə danışıb.
Mehr: Sizcə, Məkkə müqaviləsi regional tənlikdə nə deməkdir? Bu müqavilə İrana qarşı qurulan ittifaq hesab edilə bilərmi?
IDF: Qəzzaya gündə humanitar yardım daşıyan 600 yük maşını daxil olur
İsrail ərazisindən Qəzza zolağına gündə orta hesabla 600 yük maşını humanitar yardım daxil olur.
Bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü, mayor David Barux ölkədə media-tur çərçivəsində səfərdə olan azərbaycanlı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, İsrail tərəfi Qəzzaya ərzaq, geyim, dərman və digər humanitar yardımların çatdırılmasına şərait yaradır.
AXCP sədri Əli Kərimlinin ailə üzvlərinə qarşı təxribat hazırlandığı iddia olunur
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin ailə üzvlərinə qarşı təxribat hazırlandığı iddia olunur.
Bu barədə “Azadlıq Qəzeti”nin baş redaktoru Qənimət Zahid sosial media hesabında məlumat yayıb.
Qənimət Zahid iddia edir ki, planın Kərimli ailəsinin yaşadığı məhəllədə xidmət və ticarət sektorunda çalışan şəxslər vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. O, konkret olaraq hansı şəxslərdən istifadə ediləcəyini açıqlamayıb.
WSJ: ABŞ-nin ordu naziri Driskoll istefa verib
ABŞ-nin Quru Qoşunları naziri Den Driskoll rəsmən istefa verib.
Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazıb.
Driskollun gedişi müdafiə naziri Pit Heqsetlə münasibətlərdə uzun sürən gərginliyin nəticəsi olub.
Hacı Sahib Heybət Heydəri - Peyğəmbərin (s) mövludu (28.08.2026) VİDEO
"Barselona"nın oyununda 7 qol vuruldu
İspaniya La Liqasında III tura yekun vurulub.
Turun son matçı Barselonada baş tutub. Şəhərin eyniadlı komandası azarkeşləri önündə "Rayo Valyekano" ilə qarşılaşıb.
7 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Görüş "Barselona"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
İsrailin keçmiş başçısından etiraf: İsrail soyqırımçı, körpə qatili kimi tanınır
Dünyada, həmçinin amerikalı tələbələr arasında İsrail dedikdə ağla “soyqırımı” sözü gəlir.
Bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennett etiraf edib.
O deyib ki, İsrail dövlətinin qurulduğu tarixdən bəri artıq ilk dəfədir ki, ABŞ ictimaiyyəti arasında da İsrail “mənfi brendə” çevrilib.
“Amerikalı tələbələrdən ‘İsrail dedikdə ağlınıza nə gəlir?’ deyə soruşsanız, ‘soyqırımı’ deyirlər. Vəziyyət belədir”, – o bildirib.
Rusiya ordusu Kiyevdə "Flamingo" raketləri istehsal edən müəssisəni vurub
Rusiya ordusu Ukraynanın Odessa şəhərində enerji obyektlərinə zərbə endirib.
Nəticədə istilik elektrik stansiyası və üç elektrik yarımstansiyası zədələnib.
Bundan əlavə, Odessa limanında Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikası üçün 16 saxlama yeri və altı yanacaq-sürtkü çəni zədələnib.
Bildirilib ki, Kiyevdə "Flamingo" raket komponentləri istehsal edən "Fire Point" zavodu da hədəf alınıb.
Bakı və Tehran əməkdaşlığı genişləndirməkdə qərarlıdır
Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının pezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşərək ikitərəfli münasibətlərin inkişafı və regional sülh məsələlərini müzakirə ediblər.
Onlar avqustun 31-də ŞƏT sammiti çərçivəsində görüşüblər.
Görüşdə Bakı - Tehran münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.













