23 August 2026

Rusiyanın Kiyev vilayətinə ballistik raket hücumu: iki nəfər ölüb

Rusiyanın Ukraynanın Kiyev vilayətinin Borispol rayonuna ballistik raket zərbəsi nəticəsində 2 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.

Bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko öz teleqram kanalında bildirib.

"Rusiyanın hücumu nəticəsində Borispol rayonunda ölənlərin sayı iki nəfərə çatıb. Həmçinin xəsarət alanların sayı səkkiz nəfərə qədər artıb. Onlardan biri uşaqdır. Yaralılara lazımi tibbi yardım göstərilir", - o qeyd edib.

Millimiz Türkiyədən qələbə ilə qayıdıb

Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.

Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.

Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.

İrana Məkkə sazişinə qoşulmaq təklifi verilib

İran kollektiv müdafiə haqqında Məkkə sazişinə qoşulmaq üçün dəvət alıb.

Bunu İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi Al Mayadeen telekanalına müsahibəsində bildirib.

Rəhimiyə görə, İran hakimiyyəti hazırda bu təklifi nəzərdən keçirir. O, həmçinin vurğulayıb ki, region ölkələri arasında "təhlükəsizlik çətiri"nin yaradılması İranın maraqlarına uyğundur. Rəhimiyə görə, Tehran uzun müddətdir ki, buna çağırış edir.

ABŞ səfiri Barak İsrailin Suriyaya hücumunu qiymətləndirir: Təxribat, yoxsa kəşfiyyat uğursuzluğu?

Barak İsrailin Əbu Zuhur hava bazasına hücumunun diplomatiya davam edərkən baş verdiyini bildirib. O, hücumun Türkiyəni təhrik etmək cəhdi və ya İsrail daxilində koordinasiya çatışmazlığı ola biləcəyini göstərərək, hətta kiçik bir səhvin belə ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak, İsrail Hərbi Hava Qüvvələrinin Türkiyə sərhədi yaxınlığında yerləşən Suriyadakı Əbu Zuhur hava bazasına hücumunun fonu ilə bağlı diqqətəlayiq qiymətləndirmələr edib.

Yəmən ABŞ-ın sanksiyalarına cavab verib: “Hizbullaha qarşı sanksiyalar İsrailin cinayətlərinə şəriklikdir”

Yəmən Xarici İşlər Nazirliyi ABŞ-ın Livanın ən vacib elementlərindən biri olan Hizbullaha tətbiq etdiyi sanksiyaların “sionist düşmən”ə açıq dəstək təşkil etdiyini bildirib.

Yəmən Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bu qanunsuz sanksiyaların və oxşar hərəkətlərin dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu vurğulanıb.

ABŞ Kanada ilə ticarət müharibəsi aparır – Karni

Bu fikri Kanadanın Baş naziri Mark Karni mətbuat konfransında səsləndirib: "Hücuma məruz qaldığınız zaman müharibəyə girirsiniz." O, iki ölkə arasında ticarət danışıqlarının uğursuzluğuna və ABŞ-ın Kanadaya tarif tətbiq etmək qərarına toxunaraq qeyd edib: "Biz indi ABŞ-ın bu ticarət müharibəsinə başladığı vaxtdan daha güclüyük. Biz daha birləşmişik, daha qətiyyətliyik, daha iddialıyıq”.

Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul həbs olundu

Adanada Furkan Vəqfi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 56 şübhəli arasında Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da həbs olundu. Bu barədə məhkəmə qərar verib. Digər şübhəlilər üçün məhkəmə proseslərinin davam etdiyi bildirilir.

Furkan Vəqfini hədəf alan əməliyyat Adana Baş Prokurorluğunun koordinasiyası altında həyata keçirilib.

İmam Həsən Əskəri (ə) Zeynəbiyyədə anıldı

İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü ilə bağlı Türkiyədə Zeynəbiyyə məscidi və Mədəniyyət Mərkəzində anım proqramı keçirilib. Proqramda çıxış edən Zeynəbiyyə məscidinin alimi Güvən Dumanlı deyib: "Bu gün milyonlarla, hətta yüz milyonlarla insan Peyğəmbərimizin və Əhli-beytinin yolunu, baxışlarını və rəhbərliyini izləməyə davam edir. Təxminən 28 il yaşayan İmam Həsən əl-Əskərinin (ə) həyatı əsasən həbsxanada, nəzarətdə və sürgünlərdə keçib; ona insanlarla ünsiyyət qurmağa belə icazə verilməyib.

"Bavariya" 12-ci dəfə Almaniya Superkubokunu qazandı

"Bavariya" "Borussiya"nı 2:1 hesabı ilə məğlub edərək 12-ci dəfə Almaniya Superkubokunu qazanıb və qalibiyyət baxımından turnirin rekordçusu olub.

Matç Dortmunddakı "Siqnal İduna Park" stadionunda baş tutub.

"Bavariya"nın qollarını 28-ci dəqiqədə Nataniel Braun, 45-ci dəqiqədə Maykl Olise vurub. "Borussiya"nın heyətində Fabio Silva (75-ci dəqiqə) fərqlənib.

İsrail-Türkiyə münasibətləri kəskinləşir – Müharibə olacaqmı?

Binyamin Netanyahunun və İsrael Katsın Türkiyə ünvanına açıqlamaları münasibətlərin kəskinləşməsi fonunda son dərəcə təhlükəli hesab olunur.

“İsrail təhlükəsizlik strukturları Baş nazir Binyamin Netanyahunun və Müdafiə naziri İsrael Katsın Türkiyəyə qarşı verdiyi bəyanatlardan narahatdır. Təhlükəsizlik sisteminin nümayəndələrinin fikrincə, bu cür ritorika Türkiyə ilə münasibətlərdə lüzumsuz gərginliyə səbəb ola bilər”, – bu barədə İsrailin 12-ci kanal məlumat verir.

Almaniya XİN rəhbəri: Aİ İsrailə qarşı yeni sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) İsrailə qarşı yeni sanksiyaların tətbiqini müzakirə edə bilər.

Bunu Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Neue Berliner Redaktionsgesellschaft” media qrupuna müsahibəsində bildirib.

Nazir İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Qəzza sakinlərinin öldürülməsi ilə bağlı açıqlamalarından sonra yeni sanksiyaların mümkünlüyünü istisna etməyib.