19 August 2026

İsrailin Qəzzadakı limana endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb

İsrailin pilotsuz uçuş aparatı ilə Qəzza şəhəri yaxınlığındakı liman zonasına endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla, 6 nəfər ölüb.

Bu barədə "Al Jazeera Arabic" tibbi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, zərbə Qəzzanın qərbindəki limanda yerləşən yerli kafeyə endirilib. Nəticədə həmçinin 10 nəfər yaralanıb, onlar şəhərdəki Əl-Şifa xəstəxanasına yerləşdiriliblər.

Danışıqlar uğursuz olarsa İran, ABŞ-ın dəniz blokadasını hərbi güclə açacaq

İran sülh danışıqları uğursuz olarsa, ABŞ-ın dəniz blokadasını hərbi güclə yaracağını açıqlayıb.

Reuters xəbər agentliyinə danışan yüksək vəzifəli İran rəsmisi, sülh danışıqları uğursuz olarsa, İranın ABŞ-ın dəniz blokadasına zərbə endirəcəyinə dair qərar verəcəyini bildirib.

Ukraynada məmurların evində axtarış aparılır, aralarında Prezident Ofisi rəhbərinin müavini də var

Ukraynada Prezident Ofisinin rəhbərinin müavininin evində axtarış aparılır.

Ukrayna mediasının xəbərinə görə, Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAPO) tərəfindən xüsusi əməliyyat keçirilib.

Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbərinin müavini İrina Mudranın da adının hallandığı antikorrupsiya əməliyyatı hazırkı və sabiq rəsmi şəxslərdən ibarət cinayətkar qruplaşmaya qarşı aparılır.

Malayziyanın Qəzza ilə bağlı Qərbə cavabı: İkiüzlülüyə dözümlü olmaq olmaz...

“Malayziyanın 70 ildir davam edən böyük bir problemi həll etməsini gözləyirsiniz”

Malayziyanın Baş naziri Ənvər İbrahim Qərb ölkələrini Qəzza ilə bağlı sərt tənqid edib. İbrahim Fələstin məsələsindəki ikili standartın artıq qəbuledilməz olduğunu bildirib.

Hadisələrə yalnız bugünkü Qəzzaya edilən hücumlar baxımından baxılmamalı olduğunu vurğulayan İbrahim, Fələstin xalqının üzləşdiyi problemin təxminən 70 ildir davam etdiyini vurğulayıb.

Kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək

Türkiyə prezidenti Ərdoğan İsraillə mümkün müharibə ilə bağlı suala cavab verib. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək.

"Söhbət müharibədən deyil, sülhdən gedir. Amma kimsə sülh üçün yox, müharibə naminə Türkiyəyə hücum etməyi planlaşdırırsa, Türkiyə bundan çəkinməyəcək. Mən bunu tam məsuliyyətlə deyirəm”, - Prezident vurğulayıb.

Furqan Fonduna qarşı əməliyyat: Alparslan Kuytul və həyat yoldaşı saxlanılıb

Adanada Furqan Fondunun təsisçisi Alparslan Kuytul və həyat yoldaşı səhər saatlarında keçirilən polis əməliyyatında saxlanılıb. Seyhan rayonundakı evlərində xüsusi təyinatlı qüvvələrin dəstəyi ilə axtarış davam edərkən, ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb.

Adana Polis İdarəsi qrupları səhər saatlarında Furqan Fondunun təsisçisi Alparslan Kuytulun evində əməliyyat keçirib. Davam edən istintaqın bir hissəsi olaraq, Alparslan Kuytul və həyat yoldaşı polis qrupları tərəfindən saxlanılıb.

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazandı

 Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Məlumata əsasən, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kiloqramda medalçılar müəyyənləşib.

Emin Cavadlı (55 kiloqram) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək, dünya üçüncüsü olub.

BMT: Qəzza 2025-ci ildə də humanitar yardım əməkdaşları üçün ən təhlükəli bölgə olub

2025-ci ildə dünyada 907 humanitar yardım əməkdaşı öldürülüb, yaralanıb və ya qaçırılıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

Məlumata görə, Qəzza 186 yardım əməkdaşının öldürülməsi ilə ardıcıl üçüncü il bu sahədə ən çox itkinin qeydə alındığı bölgə olub.

Siyahıda ikinci yerdə 71 humanitar yardım əməkdaşının öldürüldüyü Sudan qərarlaşıb.