04 July 2026

Tehranda izdiham: Ayətullah Əli Xameneinin vida mərasiminə gələnlər magistral yollarda namaz qıldı

Ali Dini Lider Ayətullah Əli Xamenei ilə kütləvi vida mərasimi zamanı şəhərdə böyük insan izdihamı qeydə alınıb. Şəhərin müxtəlif istiqamətlərindən İmam Xomeyni rəsmi musəllasına (Böyük ibadət zalı) doğru axın edən çoxsaylı insanlar nəqliyyatın sıxlığı və yolların qapanması səbəbindən magistralın ortasında kütləvi şəkildə namaz qılıblar.

Yunan mətbuatı: “İsrail bizi tələyə saldı”

Yunanıstan mətbuatında Yunanıstanın İsrail ilə getdikcə dərinləşən müdafiə əməkdaşlığına reaksiyaları artır. “Bu əməkdaşlıq Afinanı tələyə salıb” kimi şərhlər verilir. Yunanıstanın İsrailin Troya Atı kimi davrandığı yazılır.

Yunanıstan mətbuatının Yunanıstanın qatil İsrail dövləti ilə getdikcə daha çox strateji əməkdaşlığına reaksiyaları artır. Bu yaxınlaşmanın Yunanıstanı İsrailin peykinə çevirdiyini göstərən xəbərlər və şərhlər dərc olunur.

Dünya Müqavimət Alimləri Birliyinin rəhbəri: İsrailin hədəfi yalnız Hizbullah deyil, bütün Livandır

Dünya Müqavimət Alimləri Birliyinin rəhbəri Şeyx Mahir Hammud İsrailin hücumlarının bütün Livana qarşı yönəldiyini bildirib və milli birliyin qorunmasının vacibliyini vurğulayıb.

Şeyx Mahir Hammud İsrailin Livana hücumlarının təkcə Hizbullahı deyil, bütün Livanı hədəf aldığını bildirib və ölkənin Amerika siyasətinin və İsrail əmrlərinin nəzarəti altına düşməsinə qarşı xəbərdarlıq edib.

İran Yəmənə qarşı tətbiq edilən hava blokadasını yardı

İran Yəmənə qarşı 11 ildən çox davam edən hava blokadasını yarmağa müvəffəq olub.

Belə ki, İslam Respublikasına məxsus təyyarə ötən gün Səna beynəlxalq aerportuna eniş edərək yəmənli yüksəkrütbəli dövlət xadimlərini, digər rəsmi şəxsləri və qonaqları Tehran hava limanına çatdırıb. Həmin yəmənli qonaqlar İslam İnqilabının şəhid Ali lideri Ayətullah Seyid Əli Xameneinin vida və dəfn mərasimlərində iştirak üçün İrana gəliblər.

Rusiyanın Sumıya aviazərbəsi nəticəsində 4 nəfər ölüb

Rusiyanın Sumı şəhərinin mərkəzinə idarəolunan aviasiya bombası (KAB) ilə endirdiyi zərbə nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.

Bu barədə RBK-Ukrayna Sumı Vilayət Hərbi Administrasiyasına istinadən məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində azı 27 nəfər xəsarət alıb. Yaralılar arasında 7 uşaq da var.

ABŞ İsraili iranlı rəsmilərə sui-qəsdə cəhdlə, İsrail isə bu iddiaların təkzib ilə çıxış etdi

Amerika mediasında rəsmilərinə istinadən verilən məlumatda İsrailin Vaşinqton və Tehran arasındakı münaqişəyə son qoymaq məqsədi daşıyan danışıqlarda iştirak edən İran nümayəndələrini aradan qaldırmağı düşündüyünü bildirmişdi.

Mümkün hədəflər arasında İranın xarici işlər naziri Abbas Əraqçi və ölkənin baş danışıqlar aparan nümayəndəsi, eyni zamanda parlamentin spikeri vəzifəsini icra edən Məhəmməd Bağer Qalibaf da var idi.

Yəməndən Səudiyyə Ərəbistanına sərt ittiham: “Qırıcıları geri çəkilməyə məcbur etdik”

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, Səudiyyə Ərəbistanına məxsus döyüş təyyarələri Səna hava limanına enməyə çalışan İran mülki təyyarəsinin qarşısını almaq məqsədilə Yəmənin hava məkanını pozub.

Onun sözlərinə görə, təyyarədə xaricdə qalmış, yaralanmış və müalicəyə ehtiyacı olan 200-dən çox Yəmən vətəndaşı olub.