22 June 2026

Qəzzada mülki avtomobilə hava hücumu gerçəkləşdi: Ölən və yaralananlar var

Qəzza şəhərinin qərbində yerləşən Ər-Rimal məhəlləsində mülki avtomobilə endirilən hava zərbəsi nəticəsində iki nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.

Məlumata görə, hücum Əhməd Əbdüləziz küçəsində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verib. Hadisə zamanı ətrafda olan bir sıra avtomobillərə də ziyan dəyib.

Hücum nəticəsində şəhid olanlardan birinin orta məktəbin yuxarı sinif şagirdi Rəğəd Aşur olduğu bildirilir.

Misir tarixində ilk dəfə dünya çempionatında qalib gəldi

Futbol üzrə dünya çempionatında Misir Yeni Zelandiya ilə qarşılaşıb.

"BC Place" stadionunda keçirilən G qrupunun II turunun matçında afrikalılar 3:1 hesabı ilə qələbə qazanıblar.

Hesabı Yeni Zelandiya yığmasından Finn Serman (15) açıb. İkinci hissədə geri dönüş edən misirlilər Mustafa Ziko (58), Məhəmməd Salah (67) və Trezeqenin (83) qolları ilə 3 xal əldə ediblər.

Hüseyni mərasimlər üçün hökumətin icazəsinə ehtiyac yoxdur

Bəhreyndə hakimiyyətin Məhərrəm məclisləri üçün tələb etdikləri icazə ilə bağlı ölkənin İslam alimləri mövqey bildiriblər. Bəyanat şəklində yayılan fikirlərdə hakimiyyətin dini məclislərə icazəsinin dini dəyərlərə həqarət olaraq göstərilib.

Bəhreyn alimləri bildiriblər ki, Hüseyni ayinlərin keçirilməsi üçün hökumətdən icazə almaq məcburiyyətini, əslində İmam Hüseynin (ə) amallarına qarşı çıxmaq hesab olunur.

İran-ABŞ danışıqlarından sonra Qətər və Pakistan birgə bəyanat verib

Qətər və Pakistan İsveçrədə İran və ABŞ arasında aparılan danışıqlardan sonra birgə bəyanatda 60 gün ərzində yekun razılaşmaya yönəlmiş yol xəritəsi üzərində razılığa gəlindiyini açıqlayıblar.

Qətər və Pakistan İran və ABŞ arasında Bürgenstok danışıqlarının başa çatmasından sonra birgə bəyanat yayıblar.

Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi “Azneft”- ə məxsus sualtı neft kəmərlərindən biri olduğu müəyyən edilib

Son günlərdə Dübəndi çimərliyində dəniz suyunun neftlə çirkləndiyini göstərən görüntülər yayılıb.

19 iyun tarixində “Azneft” İB-nin mərkəzi aparatının aidiyyəti xidmətlərinə Dübəndi çimərliyi ərazisində neftlə çirklənmə izlərinin müşahidə olunması barədə məlumat daxil olub.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Qətərdəki qaz zavodunda partlayış baş verib – 50-dən artıq şəxs xəsarət alıb

Qətərin Ras-Laffan sənaye zonasında yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı müəssisəsində partlayış baş verib. Bu barədə Qətərin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Baş verən partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.

Yeni Zelandiyada "Azad Fələstin Partiyası" yaradılıb

Yeni partiya qarşıdan gələn seçkilərdə Fələstin məsələsini ölkənin gündəliyində əsas mövzuya çevirməyi hədəfləyir.

Yeni Zelandiyada qarşıdan gələn seçkilərdən əvvəl diqqətəlayiq bir siyasi formasiya yaranıb. "Azad Fələstin Partiyası" (Aotearoa) adlı yeni partiya Fələstin məsələsini siyasi proqramının mərkəzinə qoyub.

Kərbəla və Nəcəfdə Ayətullah Xamenei ilə vida mərasimi keçiriləcək

İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə İraqda vida mərasimi keçiriləcək. Bu barədə Ali Rəhbərin dəfn mərasiminin təşkili üzrə qurumun sözçüsü İman Əttarzadə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İraq alimlərinin, dini və ictimai xadimlərin, eləcə də ölkə əhalisinin müraciəti əsasında Nəcəf və Kərbəla şəhərlərində vida mərasimi keçiriləcək, sabiq Ali Rəhbərin cənazəsi iyulun 8-də İraqa yola salınacaq.