29 May 2026

Rusiya Ukraynada dörd yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsini nəzarət altına alıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətində Lesnoye və Novopodqorodnoye, eləcə də Xarkov vilayətində Karaiçnoye və Budarki yaşayış məntəqələrini nəzarətə götürüblər.

Netanyahu: Hədəfimiz Qəzzanın 70 faizini işğal etməkdir

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail qüvvələrinə Qəzza zolağının 70 faizini işğal etməyi tapşırdığını bildirib.

Bu plan onsuz da kövrək olan atəşkəsi dağılmaq həddinə çatdıra və ağır humanitar böhranı daha da dərinləşdirə bilər.

Qarşıdan gələn seçkilərdən əvvəl artan siyasi təzyiq fonunda Qərb Şəriyəsindəki razılaşma konfransında çıxış edən Netanyahu genişlənmə planlarını açıqlayıb.

ECPMF Azərbaycan hakimiyyətini jurnalisti Aytac Tapdığın ailəsinə qarşı bütün təqiblərə son qoymağa çağırır

Avropa Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF) “Meydan TV işi” üzrə həbs olunan jurnalist Aytac Tapdıq barədə bəyanat yayıb.

ECPMF Azərbaycan hakimiyyətini Meydan TV-nin jurnalisti Aytac Tapdığı dərhal azad etməyə, onun anasına qoyulmuş səfər qadağasını ləğv etməyə və ailəsinə qarşı bütün təqiblərə son qoymağa çağırır.

Hizbullahın yeni taktikası İsraili çıxılmaz vəziyyətə salıb

Livanın cənub sərhədində İsrail Silahlı Qüvvələri ilə Hizbullah hərəkatı arasında davam edən qarşıdurmalar müharibə strategiyasında köklü dəyişikliklərin baş verdiyini nümayiş etdirir. Hizbullahın döyüş meydanına gətirdiyi yeni və asan əlçatan “kamikadze dron” taktikası İsrailin milyardlarla dollarlıq müdafiə sənayesini və sərhəd qruplaşmasını ciddi böhranla üz-üzə qoyub.

 

“Ababil” və FPV dronları: Kiçik büdcə, böyük dağıdıcılıq

ABŞ İsrailə milyonlarla dollar ziyan vurdu

İsrail Hava Limanları İdarəsi ABŞ ordusuna məxsus yanacaqdoldurma təyyarələrinin yerləşdirilməsi səbəbindən Ben Qurion Hava Limanının fəaliyyətinin məhdudlaşdığını açıqlayıb.

Strateji obyektin tutumunun cəmi üçdə birindən istifadə oluna bilinməsi son iki ayda 248 milyon dollar ziyana yol açıb.

Səlahiyyətlilər yay mövsümündə 3 milyon sərnişinin uçuşların ləğv edilməsi riski ilə üz-üzə qaldığını bildiriblər.