İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2 700-ü ötüb
Son sutka ərzində İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.
Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2 727-yə, yaralıların sayı isə 8 438-ə çatıb", - məlumatda qeyd olunub.













