17 April 2026

Şahin Mustafayev: İranla sərhəddə yaradılan infrastruktur günə 1000 avtomobilin keçməsinə imkan verəcək

Azərbaycan-İran sərhədində yaradılan infrastruktur günə 1000-ə qədər yük avtomobilinin keçid qabiliyyətini təmin edəcək.

Bunu Azərbaycan-Rusiya işgüzar şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.

O qeyd edib ki, Rusiya nümayəndə heyəti ilə birlikdə “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qollarının əsas komponentlərinə baxış keçirilib:

İsrail və Livan 10 günlük atəşkəs barədə razılığa gəliblər

Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs barədə razılığa gəldiyini bildirib.

Bu barədə Tramp sosial media hesabında yazıb.

ABŞ prezidenti Livan və İsrailin saat 17:00-da qüvvəyə minəcək 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.

O, həm Livan prezidenti, həm də İsrailin baş naziri ilə danışdığını bildirib:

Emin Ağalarovun “Sea Breeze” layihəsi üçün Xəzərdə 55 hektar torpaq sahəsinin ayrılmasına qərar verilib

Nazirlər Kabineti prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun “Sea Breeze Resort” layihəsi üçün Xəzər dənizində 55 hektardan çox süni torpaq sahəsinin yaradılmasına qərar verib

Nazirlər Kabineti Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimalında yerləşən “Sea Breeze Resort” istirahət zonasının genişləndirilməsi ilə bağlı qərar qəbul edib. Aprelin 15-də imzalanan qərara əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda ümumilikdə 55,08 hektar sahədə süni torpaq yaradılacaq.

İran 11 milyon barel neft ixrac etdi: ABŞ blokadası iflasa uğradı

Məlumata görə ölkəyə məxsus neft tankerləri ABŞ-ın elan etdiyi dəniz blokadasına baxmayaraq təxminən 11 milyon barel neft daşıyıb.

Məlumata görə, bu həcmdə neft Oman dənizi üzərindən müxtəlif istiqamətlərə çatdırılıb. Bu, blokadanın tətbiqindən sonra İran neftinin bu şəkildə daşınmasının ilk böyük nümunəsi kimi qiymətləndirilir.

Konfrans Liqasında yarımfinalçılar bəlli olub

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra yarımfinala vəsiqə qazanan komandalar bəlli olub.

Niderlandın AZ klubu doğma meydanda Donetsk “Şaxtyor”u ilə 2:2 hesablı heç-heçə edib. Lakin ilk oyunun nəticəsinə görə (ümumi hesab 2:5) Ukrayna təmsilçisi yarımfinala yüksəlib.

Fransanın “Strasburq” komandası Almaniyanın “Maynts 05” klubunu 4:0 hesabı ilə darmadağın edərək ümumi hesabda 4:2 üstünlüklə növbəti mərhələyə adlayıb.