13 April 2026

Livanda bir gündə 24 nəfər şəhid oldu, yaralılar var

Livanın cənub bölgələrində sionist rejimin davam edən hücumları nəticəsində son 24 saat ərzində təxminən 24 nəfər şəhid olub və yaralanıb. Yerli mənbələrin məlumatına görə, hücumlar əsasən yaşayış məntəqələrini və mülki infrastrukturu hədəf alıb.

Qırmızı Xaç təşkilatı bildirib ki, Beyt Yahunda humanitar missiya yerinə yetirən təcili yardım maşınına edilən hücum nəticəsində bir tibb işçisi şəhid olub, digəri isə yaralanıb.

Əl-Əqsa məscidinə yeni basqın-həbs edilənlər var

Bu gün səhər saatlarında onlarla işğalçı Əl-Əqsa məscidinin həyətinə daxil olub. Basqın sionist rejim polisinin gücləndirilmiş mühafizəsi altında baş verib.

Məskunlaşanlar məscidin müxtəlif hissələrində, xüsusilə şərq bölməsində və Qızıl Qübbə yaxınlığında dini ayinlər icra ediblər.

Bu hadisə sionist rejimin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin bir gün əvvəl həyata keçirdiyi basqının davamı kimi qiymətləndirilir.

Ayətullah Cavadi Amuli: Xalq bu torpağa şərəf gətirdi

Ayətullah Cavadi Amuli İran xalqının son müharibədə göstərdiyi rəşadəti dəyərləndirib. O, bu mübarizədə xalqın əzmkarlığını əvəzsiz nemət adlandırıb:

“Hansı dövrdə, hansı ölkədə, hansı coğrafiyada bu qədər saf və seçilmiş insanları görmüsünüz? Quran onları böyütdü, Kərbəla onları böyütdü, Hüseyn ibn Əli onları böyütdü. Bu insanlar bu torpağa şərəf gətirdilər; Pəhləvi dövründə demək olar ki, ölmüş olan bu vətəni diriltdilər.

Hörmüz boğazında gəmilərin hərəkəti tam dayanıb

Hörmüz boğazında gəmilərin hərəkəti ABŞ-ın İran limanlarına qarşı blokada elan etməsindən dərhal sonra tam dayandırılıb.

Bu barədə “Lloyd’s List” məlumat yayıb.

London mərkəzli dəniz nəqliyyatı analitikləri bildiriblər ki, artıq əvvəlcədən məhdud səviyyədə olan hərəkət birdən-birə tam dayanıb, gəmilər isə istiqamətlərini dəyişərək geri qayıtmağa başlayıblar.

Həyat yoldaşı həbsdə olan inanclı fəalın ağrılardan əziyyət çəkdiyini deyir

Həbsdə olan inanclı fəal Elvin Nəzərovun səhhətinin pisləşdiyi və ağrılardan əziyyət çəkdiyi bildirilir. 

Bu barədə jurnalist Arzu Abdulla məhkumun həyat yoldaşı Şəbnəm Nəzərovaya istinadən məlumat yayıb. 

Ş.Nəzərovanın sözlərinə görə, həyat yoldaşının hazırda səhhəti ilə bağlı əziyyət çəkdiyi problemlərin çoxu daha əvvəl, onun "Gəncə işi" üzrə həbsdə olduğu dövrdə yaranıb. 

Müharibə dünya insanına İslamın varlığını görmək üçün bir pəncərə oldu (5-ci hissə )

Demokratiya adı altında dünyanı istismar edənlər, insanlıq cinayətləri və soyqırım siyasətini aparanları himayə edənlər bu dəfə İslamın onların yalançı və içini qurdlar yemiş boş bir ağac kimi qurumuş mövcudluğunu ifşa etməsi ilə qarşı-qarşıya qaldılar.

Saatlı məktəbləri də hicablı şagirdlərin dərsə gəlişini məhdudlaşdırıb

Hicabın məhdudiyyət yaşadığı məktəblər sırasında Saatlı şəhər məktəbləri də var. Valideynlərin bildirdiyinə görə mart ayından Saatlı şəhəri S. Vurğun adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Günay Aslanova bu məktəbdə təhsil alan hicablı qız uşaqlarının valideynləri ilə görüşüb. Direktor onlara bildirib ki, “yuxarıdan” tapşırıq var, ilin sonuna qədər bütün məktəblərdə hicablı şagirdlər dərsə gəlmək üçün başlarını açacaqlar. Əks halda onlar dərsə buraxılmayacaq. Buna etiraz edən valideynlər isə qanunla cəzalandırılacaq.