19 March 2026

"Zirə" "Karvan-Yevlax"ı məğlub etdi

"Zirə" Misli Premyer Liqasının XXV turunda qələbə qazanıb.

Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv səfərdə "Karvan-Yevlax"ı üstələyib.

"Qartallar" Yevlax şəhər stadionundakı qarşılaşmada minimal hesabla qalib gəlib - 1:0.

Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Zirə" 4-cü pillədə qərarlaşıb. Meydan sahibləri 8 xalla sonuncu-12-ci sıradadır.

İran İsraildə neft emalı zavodu və elektrik yarımstansiyasına zərbə endirib

İran qüvvələri İsrailin Hayfa şəhərində yerləşən neft emalı zavoduna və elektrik yarımstansiyasına raket zərbəsi endirib.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İsrail KİV-ləri raket qalıqlarının şəhər ərazisinə düşdüyünü təsdiqləyib. Məlumata görə, Hayfanın müxtəlif rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

İrana qarşı müharibə təhlükəli bir mərhələyə qədəm qoyur: Tehran isə təzyiqlərə baxmayaraq ləyaqətlə müqavimət göstərir

Yaxın Şərq üzrə ekspert professor Mehran Kamrava bildirib ki, İran rəhbərliyi təzyiq altındadır, lakin sistem təzyiqə davam gətirmək üçün mükəmməl sistem qurub. Buna görə də Kamrava münaqişənin uzun və yorucu bir müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ, İsrail və İran arasındakı müharibə üçüncü həftəsinə qədəm qoyduqca, iki tərəfin çox fərqli müharibələr apardığı getdikcə daha aydın olur.

İran ETTELAAT rəhbərinin öldürülməsinə cavab olaraq İsrailin Təhlükəsizlik Nazirliyinə zərbə endirib

İran ordusu kəşfiyyat (ETTELAAT) naziri İsmayıl Xətibinin öldürülməsinə cavab olaraq İsraildə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb.

Bu barədə İran ordusunun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, İsrailin Milli Təhlükəsizlik Nazirliyi, Təl-Əvivdə yerləşən “Kanal 13”, həmçinin “Ərər” hərbi bazasında Quru Qoşunlarının bina və obyektlərinə dron zərbələri endirilir.

'Freedom House': Azərbaycan 'qeyri-azad' statusunu saxlayır

Azərbaycan 2002-ci ildən bəri təməl azadlıqlarla bağlı "qeyri-azad" statusunu saxlayıb və son 20 ildə 100 ballıq şkala üzrə xalı 33-dən 6-ya düşüb. Bunun səbəbi hakimiyyətin vətəndaş azadlıqlarına basqıları gücləndirməsidir. Bunu ABŞ-də yerləşən "Freedom House" insan haqları təşkilatı martın 19-da açıqladığı "Dünyada azadlıq 2026: Avtokratiyanın böyüyən kölgəsi" adlı hesabatında bildirir.

2023-cü ildə Azərbaycan 100 xaldan 7 yığmışdı. 33 xal isə 2005-ci ilə aiddir.

 

Narazılıq yalnız Azərbaycanda fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinədir

Martın 17-də Tbilisidə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən təşkil olunmuş, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə Gürcüstan azərbaycanlıları üçün açılmış iftar mərasiminə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) axundları və imamlarının niyə iştirak etmədiklərinə dair BGMİ bəyanat yayıb.

Bəyanatda deyilir:

İran Qətər və Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarını vurdu

İnqilab Keşikçiləri Korpusu Sionist-ABŞ-ın İranın enerji infrastrukturuna hücumundan sonra Qətər və Səudiyyə Ərəbistanındakı əsas neft obyektlərini hədəfə alıb və nəticədə regionda partlayışlar baş verib.

Fars Xəbər Agentliyinin siyasi müxbirinin məlumatına görə, neft emalı zavodunun Amerikaya məxsus hissəsi hədəfə alınıb. Dərc olunmuş şəkillər göstərir ki, neft emalı zavodundakı ardıcıl partlayışlar genişmiqyaslı yanğına səbəb olub.

Qüdsdə ibadət edənlərə qarşı İsraildən müdaxilə: Gərginlik artır!

Əl-Əqsa məscidinin bağlanmasına etiraz edən fələstinlilər işğal olunmuş Şərqi Qüdsdə bir daha təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə üzləşiblər.

Fələstinlilər Şərqi Qüdsün Köhnə Şəhərində Ramazan ayının son təravih namazını Sultan Süleyman küçəsində, Sahira Qapısı ilə Aslan Qapısı arasında qılmaq üçün toplaşıblar. Köhnə Şəhər divarlarının qarşısında düzülmüş qrup İsrail polisi ilə qarşılaşıb.

Afrikanın ilk məscidi

Afrika qitəsinin ilk və ən qədim məscidi müasir Eritreya ərazisində yerləşir.

“Məscid əl-Səhabə” adlı müsəlman ibadətgahının 7-ci əsrin əvvəllərində inşa edildiyi ehtimal edilir.

“Səhabələr məscidi” həzrəti Məhəmməd peyğəmbərin (s) dövründə Ərəbistan yarımadasından Həbəşistana hicrət edən ilk müsəlman mühacir səhabələr tərəfindən tikilib.

Prokuror Əli Kərimlinin mühafizəçisinə 8 il həbs istəyib

Martın 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Novruz Tağıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə dövlət ittihamçısı çıxış edərək N.Tağıyevin cinayət törətməsinin sübut olunduğunu deyib və ona 8 il həbs cəzası istəyib.