ABŞ və İsrailin İrana qarşı istifadə etmək istədiyi kürd kartı
ABŞ prezidenti Donald Trampın İraq və İran kürd liderlərinə zəng edərək kürdlərdən İran rejiminə qarşı quru qüvvəsi kimi istifadə etmək niyyətini bildirdiyi təsdiqlənib. Ərbildə yerləşən Rudaw xəbər saytı Kürdüstan Vətənpərvər Birliyinin (KVB) lideri Bafel Tələbaninin 3 martda mərkəzi komitə iclasında Trampla telefon danışığı barədə partiyasına məlumat verdiyini bildirib.













