AİHM: “Rüfət Səfərovun işi üzrə məhkəmə araşdırması ədalətsiz olub, məhkumluğu etibarsız dəlillərə söykənib”
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun da tərəf olduğu “Quliyev və Səfərov Azərbaycana qarşı” işi üzrə qərarında onun barəsində aparılmış cinayət prosesinin ədalətli məhkəmə araşdırması tələblərinə cavab vermədiyi qənaətinə gəlib.













