04 February 2026

İlahiyyatçı Toğrul Nuriyev İmam Zamanın (ə.f) mövludu münasibətilə Əhli-beyt (ə) aşiqlərini təbrik etdi

İlahiyyatçı Toğrul Nuriyev İmam Zamanın (ə.f) mövludu münasibətilə Əhli-beyt (ə) aşiqlərini təbrik etdi və İmam Zamanın imamət məqamından və zühurunun əlamətlərindən danışdı

İlahiyyatçı alim İmam Zamanın (ə.f) mövludu münasibətilə möminləri təbrik edərək bu müqəddəs günün İslam ümməti üçün böyük mənəvi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, İmam Mehdi (ə.f) ilahi ədalətin yer üzündə bərqərar olması üçün Allah tərəfindən seçilmiş sonuncu höccətdir və onun mövludu ümidin, ədalətin və nicatın simvoludur.

“Human Rights Watch”: “2025-ci ildə Azərbaycanda repressiyalar dərinləşib, “qorxu mühiti” möhkəmlənib”

“Human Rights Watch” (HRW) təşkilatı fevralın 4-də dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatını dərc edib. Hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, 2025-ci ildə ölkədə insan haqları ilə bağlı mənfi mənzərə daha da pisləşib.

Ağ Evin İran PUA-sı ilə bağlı iddiasından sonra ilk reaksiyası: danışıqlar qüvvədə qalır

Ağ Evin İran PUA-sı ilə bağlı iddiasından sonra ilk reaksiyası: danışıqlar qüvvədə qalır

Ağ Evin sözçüsü Karolin Leavit açıqlama verib: ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) pilotsuz uçuş aparatını vurmaq qərarı verib. Bildirilənə görə, söhbət pilotsuz aparatdan gedir.

Ağ Evin sözçüsü qeyd edib ki, İranla danışıqlar hazırda plan üzrə qalır və bu həftənin sonuna nəzərdə tutulub.

Azərbaycanla İran arasında ticarət dövriyyəsi yarım milyard dolları keçib

2025-ci ildə Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 644,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə ölkə mediası Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 3 milyon ABŞ dolları və ya 0,5% azdır.

Hesabat dövründə İran ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-i həcmində olub.

“İrana qarşı müharibədə neft maraqları”

Beynəlxalq siyasətdə güc məntiqini ən yaxşı başa düşən insanlardan biri olan məşhur amerikalı diplomat Henri Kissincer diqqətəlayiq bir açıqlama verib: “İran səhv işlər gördüyü üçün problem deyil; müstəqil işlər gördüyü üçün problemdir.”

Məncə, bu cümlə, medianın səs-küyündən və bəzən formasını dəyişən, lakin mahiyyəti eyni qalan bəhanələr selindən uzaq, bu gün İran ətrafında baş verənləri anlamaq üçün son dərəcə kifayət qədər girişdir.

"Barselona" yarımfinala yüksəldi

İspaniya kubokunun 1/4 final mərhələsinə start verilib.

Səfərdə “Albasete” ilə qarşılaşan “Barselona” 1:2 hesablı qələbə qazanıb.

Kataloniya təmsilçisi bu qələbə sayəsində yarımfinala yüksəlib.

İspaniya kuboku
1/4 final mərhələsi
4 fevral

Albasete – Barselona 1:2
Qollar: Moreno, 87 – Yamal, 39. Arauxo, 56.

Bu gün 12-ci İmam Həzrəti Məhdinin (ə.f.) mövludu günüdür

İmam Məhdi (ə.f.) İmam Həsən ibn Əli Əskəridən (ə) sonrakı imam, onun oğludur. Onun adı və künyəsi Allah rəsulunun (s) adı və künyəsi ilə eynidir. Atası İmam Həsən Əskəri (ə) nə aşkarda, nə də gizlində ondan başqa övladını öz yerinə canişin təyin etməmiş, onu isə məxfi və gizli şəkildə mühafizə edərək qorumuşdur.

Qəzzanın şimalında atışma olub, 9 fələstinli ölüb, 1 İsrail əsgəri ağır yaralanıb

Qəzzanın şimalında atışma olub, 9 nəfər ölüb, İsrail əsgəri ağır yaralanıb. Hadisə İsrail ordusunun Qəzzaya endirdiyi zərbələrdən sonra başlayıb. Belə ki, İsrailin Qəzzanı arrtilleriya atəşinə tutması nəticəsində 3-ü uşaq olmaqla azı 9 fələstinli öldürülüb.

Bundan sonra fələstinlilər də cavab atəşi açıb və nəticədə 1 İsrail əsgəri ağır yaralanıb. Bu barədə “The Times of Israel” məlumat yayıb.

“İctimai mənəviyyat” arqumenti: ifadə azadlığına müdaxilənin genişlənən çərçivəsi

Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən son dəyişikliklə internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların siyahısı genişləndirilib.

APA-nın yaydığı məlumata görə, dəyişiklik kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə görə şəxsi məsuliyyətin müəyyənləşdirilməsini nəzərdə tutur.