"Qarabağ" 2500, "Neftçi" 2000 manat cərimələndi
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 2500, "Neftçi"ni 2000 manat cərimələyib.
Buna Misli Premyer Liqasının XVII turunda yaşananlar səbəb olub.
Ağdam təmsilçisi "Kəpəz"lə qarşılaşmadan sonra meydana kənar şəxsin daxil olması ucbatında ziyana düşüb.
Bakı klubu isə "Zirə" ilə görüşdə oyun günü planı pozulduğu üçün cərimələnib.













