24 January 2026

Kərbəlada Beynəlxalq Kitab Sərgisinin açılışı olub

Kərbəla şəhərində 80 ərəb və xarici nəşriyyatın iştirakı ilə 20-ci “Kərbəla Beynəlxalq Kitab Sərgisi”nin açılışı olub.

Açılışı lentini böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaninin Kərbəladakı nümayəndəsi Şeyx Əbdülmehdi Kərbəlai kəsib.

Qeyd edək ki, 20 il öncə Kərbəlada ilk Beynəlxalq Kitab Sərgisi keçirilib və davamlı olaraq hər il bu böyük tədbir baş tutur.

AVP-nin növbəti qurultayı keçirilib, bu dəfə yeni sədr seçilib

Son yığıncaqda qalmaqal səbəbindən sədr seçilməsi yuvanan Ana Vətən Partiyası (AVP) bu gün nəhayət ki, sədr seçə bilib. Qurultay partiyaya Fəzail Ağamalının qızı Günay Ağamalını sədr seçib.

Bu gün “Ana Vətən” Partiyasının IX qurultayı keçirilib. AVP sədri Fəzail Ağamalı Qurultayın işinə uğurlar arzulayıb, 2020-ci ildən - 2025-ci ilin sonunadək daxil olmaqla keçən dövr ərzində partiyanın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.

“Azər Qasımlı işi” üzrə şahid: ‘Qurbanəli Yusifov təhdid barədə heç nə deməyib’

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Telman Hüseynovun sədrlik etdiyi iclasda müdafiə tərəfinin əvvəlki prosesdə qaldırdığı vəsatətlər əsasında Azər Qasımlını hədə-qorxu ilə təhdid etməkdə ittiham edən Qurbanəli Yusifovun dostu Tehran Salmanov şahid qismində dindirilib.

Azərbaycan ruhaniləri İran İslam Respublikasında baş verən son iğtişaşlarla bağlı bəyanat yaydı

Azərbaycan ruhaniləri İran İslam Respublikasında baş verən son iğtişaşlarla bağlı bəyanat yaydı

 

Bəyanatda deyilir:

“Bağışlayan və mehriban Allahın adı ilə

"Onlar ağızları ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır". (Saff surəsi, 8-ci ayə).

İranın neft kartları və ABŞ müharibə tənliyi

The Economist jurnalının istinad etdiyi kəşfiyyat qiymətləndirmələrinə görə, İran ABŞ-a və sionist rejiminə ərazisinə edilən hər hansı bir hücumun ümumi regional müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib.

Pentaqon və Mossadın müharibə otaqlarını birbaşa hədəf alan bu mesaj, İranın müdafiə doktrinasında strateji bir dəyişikliyə işarə edir: müharibə alovunu Qərbi Asiyadakı bütün Vaşinqton müttəfiqlərinə yaymaq təhlükəsi.

Ayətullah Nuri Həmədanı: Ayətullah Xameneiyə yönəlik hər növ hücum müharibə hökmündədir

İranın böyük təqlid mərcələrindən olan Ayətullah Nuri Həmədanı Tehran vilayətinin cümə imamları ilə keçirdiyi görüşdə mühüm açıqlamalar verib.

O, son dövrdə baş verən hadisələrə və xaricdən qaynaqlanan təhdidlərə toxunaraq, ölkədə zorakılıq əməllərinə qarışan qrupların xalqdan olmadığını bildirib. Həmədani, ABŞ prezidentinin açıq şəkildə qarışıqlıq yaradan qruplara dəstək verdiyini və son olaraq İslam İnqilabının Rəhbərini təhdid etdiyini vurğulayıb.

Azərbaycan Premyer Liqası: “Neftçi” “Zirə” ilə heç-heçə edib

Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.

Məlumata əsasən, günün ikinci matçında “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz yekunlaşıb.

Bu nəticədən sonra “Neftçi” 21 xalla yeddinci, qonaqlar 29 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk oyununda “Araz-Naxçıvan” “İmişli” ilə heç-heçə edib – 2:2.

Bu gün Həzrət Əbəlfəzl Abbasın (ə) mövludu günüdür

 Şaban ayının 4-də, hicri 24-cü ildə – Aşura qəhrəmanı, Həzrət Əli (ə) yadigarı, rəşadətli ələmdar Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu günüdür.
Həzrət Fatimənin (s.ə) vəfatından çox sonra Həzrət Əli Bəni-kəlab tayfasından Fatimə adlı bir qadınla həyat qurdu və bu əziz xanım sonralar Ümmülbənin adlandırılırdı.

Akif Qurbanov və Ruslan İzzətli: “Mübarizəni həbslə, zindanla bloklaya bilməzlər, yalnız fiziki yoxluğumuz bizi susdura bilər”

“Toplum TV işi” üzrə həbsdə olan III Respublika Platformasının spikeri Akif Qurbanov və qurucu üzv Ruslan İzzətli ictimaiyyətə müraciət edərək, dəstək və informasiya blokadasının aşılması üçün sosial şəbəkələrdə daha fəal olmağa çağırıblar.

Ruslan İzzətlinin “Facebook” hesabından yayımlanan müraciətdə bildirilib ki, onlar iki ilə yaxındır həbsdə saxlanılırlar və “yalnız fiziki yoxluqları” susdurulmalarına səbəb ola bilər.

Müraciəti olduğu kimi təqdim edirik:

Beynəlxalq mətbuata qapalı Azərbaycanda "Euronews"a niyə qapı açıqdır?

Azərbaycanda müstəqil mediaya qarşı 2023-cü ildən başlayan təqiblər beynəlxalq media qurumlarından da yan keçməyib. 

Ötən il Azərbaycan hökuməti "Amerikanın Səsi", BBC və "Bloomberg"in ölkədə fəaliyyət göstərən jurnalistlərinin akkreditasiyalarını ləğv edib. 

Bunun fonunda noyabrın 17-də "Euronews"un Bakıda ofis açması isə maraqla qarşılanıb.