22 January 2026

CPJ: “Azərbaycan 2018-ci ildən bəri ilk dəfə dünyada ən çox jurnalist həbs edən ölkələrin ilk onluğuna düşüb”

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) illik hesabatına görə, 2025-ci ilin sonunda dünyada həbsdə olan jurnalistlərin sayı beşinci ildir ki, 300 həddini keçir. Hesabatda Azərbaycan 24 jurnalistin həbsdə saxlanıldığı ölkələr sırasında göstərilir və ölkənin 2018-ci ildən bəri ilk dəfə “jurnalistləri ən çox həbs edənlər”in ilk onluğuna daxil olduğu vurğulanır.

Şeyx Əli əl-Xətib: İsrail Livanda vətəndaşları birbaşa hədəfə alır

Livan Ali Şiə İslam Şurasının vitse-prezidenti Şeyx Əli əl-Xətib İsrailin Livan boyunca və Suriya sərhədində hücumlarının yeni və təhlükəli bir mərhələyə qədəm qoyduğunu açıqlayıb.

Dünən gecə yayımlanan açıqlamada Şeyx Əli əl-Xətib İsrailin Livana qarşı davam edən hücumlarını qiymətləndirib.

ABŞ-da daxildə dəyənək, xaricdə demokratiya nağılı

ABŞ-da bir apellyasiya məhkəməsinin Miqrasiya və Gömrük Mühafizəsi (ICE) agentlərinin dinc etirazçılara qarşı sərt müdaxilələrini əngəlləyən qərarı dayandırması Vaşinqtonun “hüquq dövləti” ritorikasının nə qədər boş olduğunu bir daha ortaya qoydu. Qərarla polis zorakılığı faktiki olaraq sərbəst buraxılarkən, ABŞ məhkəmə sisteminin belə təhlükəsizlik qüvvələrinin qeyri-mütənasib güc tətbiqinə sipər olduğu görüldü.

 

Federal güc nümayişi etiraz doğurur

İranda hadisələr zamanı ölənlərin sayı açıqlandı

İran Şəhidlər Fondu Məhkəmə Tibbi Ekspertizası İnstitutundan alınan məlumata görə, təhlükəsizlik qüvvələri və cəmiyyətin müxtəlif təbəqələrindən olan vətəndaşlar da daxil olmaqla 2427 nəfərin şəhid elan edildiyini açıqladı.

Bu xəbərə görə, "şəhidlərin çoxu kor terror hücumları və silahlı hücumlar zamanı həyatını itirən mülki şəxslər idi; bəziləri izdihamda mütəşəkkil terrorçu elementlərin güllələrinə hədəf olan etirazçılar arasında olub."

İki müsəlman 350 nəfəri xilas etdi

İki müsəlman kişi təxminən 350 nəfərin həyatını xilas edib.

Hadisə Rusiyanın Kemerovo şəhərində baş verib.

Əslən Tacikistandan olan Xurşid və Fərzon işlədikləri ticarət mərkəzində yanğının başladığını və insanlar arasında panikanın yarandığını görən kimi özləri təxliyə əməliyyatı təşkil edərək insanlara binanı tərk etməyə yardım ediblər.

Onlar tüstünün içində itən və çaşbaş qalan insanları taparaq küçəyə çıxarıblar.

UEFA Çempionlar Liqası: VII turun daha 9 oyunu keçirilib

UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün VII turun daha 9 oyunu keçirilib.

Günün maraqla gözlənilən matçında Türkiyə təmsilçisi “Qalatasaray” doğma meydanda İspaniyanın “Atletiko” klubunu qəbul edib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Digər oyunda “Liverpul” səfərdə Fransanın “Marsel” komandası ilə üz-üzə gəlib. Mersisaydlılar rəqibini 3 cavabsız qolla darmadağın edib.

Putin: "Rusiyanın ABŞ-dəki dondurulmuş aktivlərindən Qəzza Sülh Şurasına ödəniş etməyə hazırıq"

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi Qəzza Sülh Şurasında daimi üzvlük əldə etmək üçün ABŞ-dəki dondurulmuş Rusiya aktivlərindən 1 milyard dollar ödəniş etməyə hazırdır. 

O, yanvarın 21-də Moskvada Rusiyanın Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən deyib ki, Xarici İşlər Nazirliyinə "şuraya qoşulmaqla bağlı təklifi araşdırmağı və Rusiyanın mövqeyini tərəfdaşları ilə uzlaşdırmağı" tapşırıb.

Qarabağ qazisi həbsdə, erməni cəlladı azadlığa qovuşdu

Aministiya aktı iddia olunduğu kimi müharibə iştirakçılarının ailələri, şəhid, qazi və onların birinci dərəcəli ailə üzvüləri kimi kriteriyaları səsləndirsə də sonunda üstünlük Xocalı soyqırımını törədənlərə verildi. Hakim dairə bunu iki ölkə arasında sülhə təkan olaraq atılan addım olaraq təqdim edincə ermənini sülhə məcbur edib masaya oturdanlar bu humanizmi dəmir barmaqlıqlar arxasından izlədilər.