10 January 2026

ABŞ-da etirazlar davam edir

ABŞ-da əməliyyat zamanı bir qadını öldürən ICE işçilərinə qarşı davam edən etirazlara daha bir etiraz əlavə edildi. 37 yaşlı Renee Nicole Macklin Good-un İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları tərəfindən öldürülməzdən əvvəlki son anları ortaya çıxdı.

Minnesota ştatının Minneapolis şəhərində 37 yaşlı Renee Nicole Macklin Good-un ICE əməliyyatı zamanı güllələnməsindən sonra ICE-yə qarşı etirazlar davam edir.

İğtişaşçılardan yollarınızı ayırın...

 Ayətullah Məkarim Şirazi yeniyetmə və gənclərə müraciət edərək vurğulayıb ki, qarışıqlıq və iğtişaşlar heç bir problemi həll etmir.

Təqlid müctəhidi Ayətullah Məkarim Şirazi iranlılara müraciət edib.

O bildirib ki, bazardakı vəziyyət və insanların yaşayış problemlərinin mövcudluğu hər kəsi narahat edir. Lakin cəmiyyətin bütün təbəqələri, xüsusilə də ziyalılar diqqətli olmalıdırlar ki, bu haqlı etirazlar sui-istifadə üçün zəminə çevrilməsin.

İran ordusu Ayətullah Xameneiyə sadiq olduqlarını elan ediblər

İran ordusu yanvarın 10-da ölkənin ali dini lideri Ayətullah Əli Xameneiyə sadiq olduğunu elan edib. Ordu digər qüvvələrlə birlikdə ölkənin strateji infrastrukturunu mühafizə edəcəyini açıqlayıb.

AzadlıqRadiosunun Radio Fərda xidməti yazır ki, ordunun yaydığı açıqlamada etirazlar “düşmənin təhriki” adlandırılıb. Bu açıqlama etirazçıların ordu və polisdən onların tərəfinə keçməsini tələb etməsindən sonra yayımlanıb. Bənzər tələbi mühacirətdəki İran şahzadəsi Reza Pəhləvi paylaşıb.

Rusiya PUA-ları Ukrayna sahillərində iki ticarət gəmisini vurub, bir nəfər ölüb

Rusiyanın pilotsuz uçuş aparatları (PUA) Odessa limanı yaxınlığında Komor adalarının bayrağı altında soya yükü daşıyan gəmini vurub, Suriya vətəndaşı olan ekipaj üzvü ölüb.

Bu barədə Ukrayna Baş nazirinin müavini Aleksey Kuleba öz teleqram kanalında məlumat paylaşıb.

Onun sözlərinə görə, hadisə yerinə xilasetmə bölmələri göndərilib.

Duqin rusları qiyamətlə bağlı xəbərdarlıq etdi

Rusiyalı siyasətçi Aleksandr Duqin Rusiya xalqını Ukrayna ilə müharibənin və yeni "Oreshnik" raket sisteminin yerləşdirilməsinin dördüncü ildönümündə təcili olaraq iman vəftizindən keçməyə çağırıb.

Ukrayna ilə müharibə dördüncü ilinə qədəm qoyduğu və "Oreshnik" raket sisteminin yerdəki təsirlərinin davam etdiyi bir vaxtda rusiyalı siyasətçi Aleksandr Duqin Rusiya ictimaiyyətinə təəccüblü bir mesaj yayımlayıb.

Ərbakanın İranla bağlı proqnozu

Milli Vizyon hərəkatının lideri, professor Dr. Nəcməddin Ərbakan 20 il əvvəl etdiyi bir çıxışında bölgəmizdəki imperialist tələləri vurğulayaraq demişdi: “İrqçi imperializm və sionizm qonşumuz Suriyanı hədəf almaq istəyir; onların növbəti hədəfi İran, sonra isə Türkiyədir. Əgər bu ölkələrə hücum edilərsə, bilin ki, hədəf Türkiyədir.”

"Neftçi" Çempionlar Liqasının iştirakçısına qalib gəldi

"Neftçi" qış təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə hazırlıq prosesi keçən klub Qazaxıstanın "Kayrat" komandası ilə üz-üzə gəlib.

Qarşılaşma "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə bitib. "Ağ-qaralar"ın heyətində Ağadadaş Salyanski (67), Vensan Abubakar (89) və Murad Məmmədov (90+2) fərqləniblər.

Suriya ordusu Hələbin Şeyx Məqsud bölgəsini SDQ qüvvələrindən təmizləyib

Suriya ordusu Hələbin Şeyx Məqsud bölgəsinin Suriya Demokrtaik Qüvvələrindən tamamilə təmizləyib.

“Reuters“xəbər verir ki, bu barədə Suriya ordusu məlumat yayıb.

Bundan əvvəl SDQ-ə geri çəkilmək təklif olunub.

Qruplaşmanın geri çəkilməməsi səbəbindən Suriya ordusu əməliyyatlara başlayıb.

Ayətullah Cavadi Amuli süni intelektlə bağlı sualları cavabladı

Ayətullah Cavadi Amuli müasir texnologiyalar, media və süni intellektlə bağlı sualları cavablayıb.

Sual və cavabları təqdim edirik:

Sual 1: Bəzən tərcüməçi və müəlliflər müəlliflik hüququ (copyright) olan əsərləri naşirin və ya müəllifin icazəsi olmadan tərcümə edir və ya yenidən nəşr edirlər. Kopirayt qanununun məcburi olmadığı ölkələrdə bu cür hərəkət şəri baxımdan icazəlidirmi?