05 January 2026

'Toplum TV' işi: 'Xarici səfərlərimiz niyə ittihama salınmalıdır?'

“Toplum TV” ilə bağlı cinayət işi üzrə həbsdəki jurnalistlər onların xarici ölkələrə səfərlərinin qaçaqmalçılığın sübutu kimi göstərilməsini absurd adıandırıblar. Onlar yanvarın 5-dəki məhkəmədə belə deyiblər.

“Toplum TV” işi üzrə 9 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Aylardır sürən məhkəmə prosesində həm təqsirləndirilən şəxslərin, həm də şahidlərin dindirilməsi yekunlaşıb. İndi sənədlərin tədqiqi mərhələsidir.

Mərakeş millisi 1/4 finalda

Mərakeşin ev sahibliyi etdiyi futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.

Ötən gün Mərakeş millisi Tanzaniyanı 1:0 hesabı ilə üstələyib və adını 1/4 finala yazdırıb.

Kamerun yığması isə Cənubi Afrika Respublikasını 2:1 hesabı ilə məğlub edib. Bununla da komanda növbəti raunda yüksəlib.

Daha əvvəl Seneqal və Mali 1/4 finala vəsiqə qazanıb.

İranda polis bölməsinə hücum olub - Ölənlər var

İranda etirazlar dağıdıcı iğtişaşlara çevrilir.

Ölkənin qərb hissəsində etirazçılar polis bölməsinə hücum ediblər. Onlar binaya girməyə cəhd ediblər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına "Molotov kokteyli" atmağa başlayıblar.

Hakimiyyət orqanlarının məlumatına görə, toqquşmalarda üç nəfər həlak olub. Tehran iğtişaşların Qərb tərəfindən təşkil olunduğunu bildirir.

Nigeriyada xaos dərinləşir: Bazara hücumda 50 nəfər öldürüldü

Niger ştatında qanlı hücum

Nigeriyada silahlı dəstələrin törətdiyi zorakılıq dalğası yeni hücumla daha da şiddətlənib. Ölkənin Niger ştatında yerləşən yerli bazara edilən hücum nəticəsində onlarla mülki şəxs həyatını itirib, bir neçə nəfər isə qaçırılıb. Hadisə ölkədə təhlükəsizlik vəziyyətinin getdikcə nəzarətdən çıxdığını bir daha göstərib.

Xanım Zeynəbi - Kubranın (s.ə) əzadarlıq məclisi keçirilib

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt hüseyniyyəsində Kərbəla qəhrəmanı Xanım Zeynəbin (s.ə) vəfatı münasibətilə əzadarlıq məclisi təşkil olunub. Məclis Quran tilavəti ilə açılış edərək ardınca növhələr oxunub. Daha sonra ilahiyyatçı alim Hacı Rüfət Məmmədov çıxış edib.

2025-ci ildə Azərbaycan neftinin orta ixrac qiyməti 71 dollardan yüksək olub

2025-ci ildə "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti məlum olub.

Ötən il Azərbaycan neftinin orta qiyməti 71.1 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, əvvəlki illə müqayisədə neftin orta qiyməti 14% azalıb. Belə ki, 2024-cü ildə Azərbaycan neftinin orta ixrac qiyməti 82.87 ABŞ dollarına bərabər olub.

Bu gün Şeyx Nimrin şəhadətinin növbəti ildönümüdür.

Şeyx Baqir Nimr 1958-ci ildə (bəzi mənbələrdə 1959) Ərəbistanın şərqində Əl-Qətif şəhərinin Avamiyyə qəsəbəsində ruhani ailəsində dünyaya göz açıb. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr (məşhur xətib) və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük alimlərindən olub. Ayətullah Nimr İranın paytaxtı Səudiyyədə, Tehran şəhərində və Suriyada uzun 10 ildən çox İslami təhsil alıb.

Livanın cənubuna PUA zərbəsi tələfata səbəb olub

Livanın Səhiyyə Nazirliyi bazar günü yaydığı rəsmi məlumatda bildirib ki, sionist rejimə məxsus pilotsuz uçuş aparatı (PUA) tərəfindən həyata keçirilən hücum nəticəsində iki Livan vətəndaşı şəhid olub. Hücum Livanın cənubunda yerləşən Səfəd əl-Bəttix – əl-Cümeycimə yolu üzərində hərəkətdə olan avtomobili hədəf alıb.

ABŞ-nin Venesuelaya hücumuna etiraz olaraq Amsterdam, Madrid və Berlin küçələrində etiraz aksiyaları keçirilib

ABŞ-nin Venesuelaya hücumuna və prezident Nikolas Maduro ilə həyat yoldaşının həbsinə cavab olaraq fəallar Amsterdam, Madrid və Berlin küçələrinə çıxıblar.

Nümayişçilər şəhərlərindəki ABŞ səfirliklərinin qarşısında toplaşaraq, üzərində Maduronun şəkli olan plakatlar daşıyırlar.

"İnter" 3 xalı 3 qolla qazandı

İtaliya A Seriyasında XVIII tura yekun vurulub.

Autsayder "Fiorentina" evdə "Kremoneze" ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.

"Torino" isə "Verona"nı 3 cavabsız qolla məğlub edib.

Günün son qarşılaşması Milan şəhərində baş tutub. "İnter" azarkeşləri qarşısında "Bolonya"nı sınağa çəkib. 4 qolun vurulduğu matçda ev sahibləri rəqibi üzərində 3:1 hesablı qələbəyə sevinib.

Xanım Zeynəbin (s.ə) Şəhadəti – Haqqın Səsi və Zülmə Qarşı Əbədi Dirəniş

İslam tarixində elə şəxsiyyətlər var ki, onların həyatı və mübarizəsi təkcə bir dövrə deyil, bütün zamanlara işıq tutur. Bu ali simalardan biri də Peyğəmbərimizin (s) nəvəsi, Əmirəlmöminin Əlinin (ə) və Xanım Fatimeyi-Zəhranın (s.ə) qızı, Kərbəla məktəbinin ən uca rəmzlərindən olan Xanım Zeynəbdir (s.ə). Onun şəhadəti təkcə fiziki ölüm deyil, haqq uğrunda çəkilən ömrün zirvəsi, zülm qarşısında əyilməyən ruhun əbədiləşməsidir.

Kərbəladan Sonra Başlayan Böyük Missiya